Finalda ilk dəfə Qaraçay məktəbliləri də olacaq

IMG_3219Azərbaycan Respublikası Prezidenti  yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada reallaşdırılan intellektual çoxnövçülük üzrə “Bahar kuboku-2014” layihəsinin növbəti tədbiri Quba rayonunun ən böyük yaşayış massivlərindən biri olan Alekseyevka kəndində baş tutub.

IMG_3172Seçim turunda 4 kənd məktəbini təmsil edən 6 komandanın tərkibində birləşən 36 nəfər yeniyetmə və gənc iştirak edib.

Təşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə açılış mərasimində iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən, müxtəlif qrant IMG_3173müsabiqələrindən, gənclərə yaradılan imkan və şəraitdən danışılıb, “Yurd” GİİD İB-nin icra etdiyi bu layihənin əhəmiyyəti və qaydaları barədə məlumatlar verilib.

Bildirilib ki, layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, təhsilə, oxumağa, bədii ədəbiyyata marağını artırmaq, IMG_3185asudə vaxtlarını səmərəli təşkil etmək və ən əsası müxtəılif məktəblərdə təhsil alan yeniyetnmə və gənclər arasında şəbəkələşməni inkişaf etdirməkdir.

Layihə çərçivəsində keçirilən üç seçim turu barədə də məlumat verən layihə rəhbəri əsasnaməyə uyun olaraq bu seçim turunda da ilk iki yeri tutan komandaların final mərhələsində iştirak edəcəyini qeyd edib.

IMG_3200R.Mahmudov həmçinin bildirib ki, bu layihə eyni zamanda cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasına yönəlmiş tədbirlərdən biridir.

Daha sonra baş tutan intellektual çoxnövçlük üzrə yarışda 6 komanda qüvvəsini sınayıb.

IMG_318224 sualdan 13-nə doğru cavab verərək birinci olan Alekseyevka kənd tam məktəbinin “Gənclər” komandası növbəti dəfə final mərhələsində oynamaq hüququ qazanıb. 8 oyun xalı və 25 reytinq xalı ilə rəqibləri İsnovqışlaq məktəbinin “Zirvə” biliilərini 1 reytinq xalı ilə qabaqlayan Qaraçay məktəblilərindən ibarət  “Ulduz” komandası ikinci yeri tutaraq ilk dəfə IMG_3246final oyunlarında iştirak etmk hüququ qazanıb. İsnovqışlağın “Zirvə” komandası isə seçim turunu üçüncü yerdə bitirib.

“Bahar kuboku-2014” turnirinin növbəti seçim turu Quba rayonunun Zərdabi zonasında baş tutacaq.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s