Bağbanlı kəndini təmsil edən “Odlar Yurdu” adını finala yazdırdı

IMG_4152Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada reallaşdırılan intellektual çoxnövçülük üzrə “Bahar kuboku-2014” layihəsinin növbəti tədbiri Quba rayonunun Zərdabi kəndində baş tutub.
IMG_4179Seçim turunda 5 kənd məktəbini təmsil edən 6 komandanın tərkibində birləşən 36 nəfər yeniyetmə və gənc iştirak edib.
Təşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə açılış mərasimində iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən, müxtəlif qrantmüsabiqələrindən, gənclərə yaradılan imkan və IMG_4182şəraitdən danışılıb, “Yurd” GİİD İB-nin icra etdiyi bu layihənin əhəmiyyəti və qaydaları barədə məlumatlar verilib.
Bildirilib ki, layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, təhsilə, oxumağa, bədii ədəbiyyata marağını artırmaq,asudə vaxtlarını səmərəli təşkil etmək və ən əsası müxtəılif məktəblərdə təhsil alan yeniyetnmə və gənclər arasında şəbəkələşməni inkişaf etdirməkdir.
IMG_4224Layihə çərçivəsində keçirilən beş seçim turu barədə də məlumat verən layihə rəhbəri əsasnaməyə uyğun olaraq bu seçim turunda da ilk iki yeri tutan komandaların final mərhələsində iştirak edəcəyini qeyd edib.
R.Mahmudov həmçinin bildirib ki, bu layihə eyni zamanda cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasına yönəlmiş tədbirlərdən biridir.
IMG_4265Daha sonra baş tutan intellektual çoxnövçlük üzrə yarışda 6 komanda qüvvəsini sınayıb.
24 sualdan 14-nə doğru cavab verərək birinci olan Qımılqışlaq kənd ümumi orta məktəbinin eyniadlı komandası növbəti dəfə final mərhələsində oynamaq hüququ qazanıb. 11 oyun xalı ilə ikinci olan Bağbanlı kəndinin “Odlar Yurdu” komandası isə ilk dəfə finalda oynamaq şansı qazanıb. Hacıqayıb kəndini təmsil edən “Kamil” biliciləri isə seçim turunu üçüncü yerdə bitirib.
“Bahar kuboku-2014” turnirinin növbəti, sonuncu seçim turu Quba rayonunun Ağbil zonasında baş tutacaq.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s