Bahar kuboku-2014” layihəsinin son seçim turu Quba rayonunun Ağbil kəndində baş tutub

IMG_4294Azərbaycan Respublikası Prezidenti  yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada reallaşdırılan intellektual çoxnövçülük üzrə “Bahar kuboku-2014” layihəsinin son seçim turu Quba rayonunun ən qədim yaşayış massivlərindən biri olan Ağbil kəndində baş tutub.

IMG_4322Qeyd edək ki, ilk dəfə bu kənddə keçirilən yarışın seçim turunda 5 kəndi təmsil edən 7 komandanın tərkibində birləşən 42 nəfər yeniyetmə və gənc iştirak edib.

Təşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə açılış mərasimində iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında IMG_4325Gənclər Fondunun fəaliyyətindən, müxtəlif qrant müsabiqələrindən, gənclərə yaradılan imkan və şəraitdən danışılıb, “Yurd” GİİD İB-nin icra etdiyi bu layihənin əhəmiyyəti və qaydaları barədə məlumatlar verilib. Bildirilib ki, layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, təhsilə, oxumağa, bədii ədəbiyyata marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkiletmək IMG_4362və ən əsası müxtəılif məktəblərdə təhsil alan yeniyetnmə və gənclər arasında şəbəkələşməni inkişaf etdirməkdir. Bu layihə eyni zamanda cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasına yönəlmiş tədbirlərdən biridir.

IMG_4385Açılış mərasimində çıxış edən Ağbil kənd məktəbinin direktoru Firiddin Musayev və Aşağı Atuc kənd tam orta məktəbinin direktor müavini Vaqif Mürşüdov tədbirin təşkilində göstərdiyi dəstəyə görə Gənclər Fonduna və layihənin icraçısı olan “Yurd” GİİD İB-nə təşəkkür edərək bu tip tədbirlərin yeniyetmələrin intellektual inkışafında və ictimai aktivliyində böyük önəm daşıdığını bildiriblər.

IMG_4424Daha sonra baş tutan intellektual çoxnövçlük üzrə yarışda 7 komanda öncə Nə? Harada? Nə zaman? oyunda, daha sonra isə ilk 4 komanda Xəmsə oyunuda qüvvəsini sınayıb.

İlk oyunda “Atuc” intellekləri 24 sualdan 11-nə doğru cavab verərək birinci olub. Əlibəyqışlağın “Uran” komandası 10, Ağbil təmsilçiləri “Alfa” biliciləri 9 və “Yağmur” komandası 5 xalla ikinci mərhələyə vəsiqə qazanıb.

Xəmsə oyunu üzrə təşkil olunan ikinci mərhələdə “Uran” intellektləri 3500 xalla birinci, “Atuc” komandası 800 xalla ikinci, “Alfa” isə -1700 xalla üçüncü olub.

Yekunda “Uran” komandası birinci, “Atuc” intellektləri isə ikinci yerin sahibi kimi final oyunlarına son iki vəsiqənin sahibi olub.

IMG_4432Qeyd edək ki, intellektual çoxnövçülük üzrə “Bahar kuboku-2014” turniri Quba rayonunun 6 zonasında təşkil edilib. Seçim turlarının yekununda Səbətlər kəndini təmsil edən “Üçüncü qrup”, Püstəqasım kəndinin eyniadlı komandası, Qəçrəş kəndini “Avatar” və “Zəfər”, I Nügədi kəndinin “MAG”, II Nügədi kəndini təmsil edən “Uğur”, Alekseyevkanın “Gənclər” , Qaraçayın “Ulduz”, Qımılqışlağın eyniadlı komandası və Bağbanlının” Odlar Yurdu”, Əlibəyqışlağın “Uran” və Aşağı Atuc əndinin “Atuc” kollektivləri oktyabrda Quba şəhərində baş tutacaq finalda Nə? Harada? Nə zaman?, Xəmsə, Breyn rinq vəə Fərdi oyun üzrə qüvvələrini sınayacaqlar.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s