Qubada Bahar kuboku-2014 turnirinin qalibləri müəyyənləşdi

IMG_4617Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada reallaşdırılan intellektual çoxnövçülük üzrə “Bahar kuboku-2014” turnirinə yekun vurulub.
IMG_4684Quba rayonunu 6 kənd zonasında baş tutan layihənini seçim turlarının nəticəsinə uyğun olaraq finala vəsiqə qazanan 12 komanda tərkibində birləşən 72 nəfər gənc Quba şəhərində baş tutan final mərhələsində 4 növ üzrə qüvvələrini sınayıb.
Təşkilatın sədri Ramin Mahmudovun IMG_4720verdiyi məlumata görə açılış mərasimində iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən, müxtəlif qrant müsabiqələrindən, gənclərə yaradılan imkan və şəraitdən danışılıb, “Yurd” GİİD İB-nin icra etdiyi bu layihənin əhəmiyyəti və qaydaları barədə məlumatlar verilib. Bildirilib ki, layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, təhsilə, oxumağa, IMG_4766bədii ədəbiyyata marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkiletmək və ən əsası müxtəılif məktəblərdə təhsil alan yeniyetnmə və gənclər arasında şəbəkələşməni inkişaf etdirməkdir. Bu layihə eyni zamanda cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət IMG_4775Proqramının müvafiq bəndinin icrasına yönəlmiş tədbirlərdən biridir.
Açılış mərasimində çıxış edən Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev son illərdə “Yurd” təşkilatı tərəfindən Qubada bir-birinin ardınca icra edilən layihələr nəticəsində Qubada intellektual yarışlarda artıq ciddi rəqbət yarandığını və bunun da nəticəsində Qubanın müxtəlif komandalarının zona və respublika birinciliklərinin IMG_4828davamlı iştirakçıları sırasına qatıldıqlarını bildirib. M.Nöhbalayev həm də Qubada bu tip layihələrin gerçəkləşməsinə daim dəstək olan Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirib.
Daha sonra baş tutan intellektual çoxnövçlük üzrə yarışda 12 komanda öncə Nə? Harada? Nə zaman? IMG_4914oyunda mübarizə aparıb. 24 sualın yekunuda Qımılqışlaq komandası birinci, Aşağı Atuc məktəbliləri ikinci, Əlibəyqışlağın “Uran” komandası 3-cü, Səbətlərin “Üçüncü qrup” komandası isə dördüncü olub.

IMG_4926Breyn rinq mərhələsinin nəticəsində isə ilk dördlüyü Qımılqışlaq, “Uran, I Nügədi kəndini təmsil edən “MAG” və Alekseyevka kəndinin biliciləri “Gənclər” komandası qapayıb.

IMG_5043Yarışın Xəmsə turunda isə “Uran” intellektləri birinci olub. Qımılqışlaq və MAG müvafiq olaraq ikinci və üçüncü olub.

IMG_5232Yekun nəticədə Bahar kuboku-2014 turnirinin qalibi adını Əlibəyqışlaq kəndini təmsil edən “Uran” komandası qazanıb. Qımılqışlağın eyniadlı komandası ikinci, I Nügədi təmsilçiləri olan MAG bilicləri isə üçüncü olub.
Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən kuboklar, medallar, diplomlar və bədii ədəbiyyat nümunələri təqdim edilib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s