“Yurd”un yeniyetmə könüllüləri Quba Soyqırımı Məzarlığını ziyarət edib

1Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətənə məhəbbət, öz ana torpağına, dilinə, adət-ənənələrinə, tarixinə bağlılığın təbliğ edilməsi istiqamətində müxtəlif maarifəndirici tədbirlər həyata keçirməkdədir.

8Belə tədbirlərdən  biri də ictimai birliyin nəzdində fəaliyyət göstərən vətənpərvərlik klubunun təşkilatçılığı ilə yeniyetmələrin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti çərçivəsində icra edilib.

Vətənpərvərlik klubunun Ağbil kənd tam orta məktəbində təhsil alan yeniyetmə könüllülərindən ibarət  qrupunun ziyarətinin əsas məqsədi 7də ölkəmizin tarixi barədə, eyni zamanda da erməni vandallarının 1918-ci illərdə xalqımıza qarşı həyata keçirdikləri soyqırım hadisələri haqqında yetişməkdə olan gənc nəslə əyani şəkildə məlumat verməkdən ibarət olub

5Ziyarətdə təşkilatın sədri Ramin Mahmudov da iştirak edib və memorial kompleksin bələdçiləri ilə birlikdə gənclərə müxtəlif tarixi informasiyalar veriblər.

Gənclər öncə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin muzeyində təşkil olunmuş müxtəlif tarixi xronikalardan 4bəhs edən foto, video, virtual stendlərlə tanış olub, Quba soyqırımı hadisələrindən bəhs edən videofilmi izləyiblər.

Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması, Azərbaycan ərazisində, müxtəlif qəzalarda ermənilər və bolşeviklər tərəfindən  törədilmiş qırğınlar barədə məlumat lövhələrindən kifayət qədər informasiya əldə edən gənclərə 3bildirilib ki, azərbaycanlılarara qarşı törədilən soyqırımlara tarixi, hüquqi qiyməti məhz ümummilli liderimiz Heydər Əliyev verib. Muzeydə təşkil edimiş həmin tarixi sərəncam barədə məlumat verən təşkilatın sədri bildirib ki, məhz 1998-ci il 26 mart tarixində verilən bu sərəncamdan sonra hər ilin 31 mart tarixi ölkəmizdə azərbaycanlıların soyırımı günü kimi qeyd olunur və bu tarix Azərbaycan 2həqiqətlərinin dünya ictimaiyyətinə geniş şəkildə yayımlananraq Azərbaycanın haqq səsinin duyurulmasında müstəsna əhəmiyyətə malikdir.

Muzeylə tanışlıqdan sonra gənclər 2007-ci il aprel ayının 1-də qazıntılar zamanı üzə çıxarılmış Quba soyqırımı məzarlığında əyani şəkildə erməni vandalızminin nəticələri ilə tanış olublar. Burda da gənclərə həmin tarixi günlər barədə danışılıb, insanlara qarşı törədilən vəhşiliklərin canlı nümunəsi olan məzarliğın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, beynəlxalq qurumlara çatdırılmasındakı əhəmiyyətindən bəhs ediblər.DSC_0166

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s