“Yurd” daha bir məktəbdə intellektual klub təsis etdi

10937628_929400953745593_1339900670_n“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən ənənəvi olaraq məktəblərdə təşkil edilən intellektual klubların srasına daha biri əlavə edilib.

10947790_929401407078881_1649916685_nAzərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə bu günə qədər icra edilmiş layihələr nəticəsində Qubanın 12 məktəbində yaradılan intellektual klubarın sırasına qoşulan Ağbil kənd tam orta məktəbinin nəzdindəki kluba rəhbərlik məktəbin 9-cu sinif şagirdi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəsətk İctimai Birliyinin könüllüsü Təbriz Mirzəyevə həvalə edilib.

10945128_929401227078899_936090357_nİntellektual klubun yaradılmasının əsas məqsədi gənclərin intellektual bilik səviyyəsini yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsi, eyni zamanda şagird-məktəb psixoloji bağlılığının inkişaf etdirilməsi, intellektual oyunlar vaxistəsilə yeniyetmələrə Azərbaycanımızın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyat haqqında yeni biliklərin verilməsidir.

10947559_929401347078887_1512950370_nKlubun nəzdində hər həftə  Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə liqa turnirinin keçirilməsinə qərar verilib.

Artıq klubda 2 tur baş tutub.

Məktəbin 7,8,9, 10 və 11-ci sinif şagirdlərinin qatıldığı ilk turda 9-cu sinfi təmsil edən “Zəfər” komandası 5 suala doğru cavab verərək turun qalibi olub. 11-cilərin “Qarabağ” 10952173_933528026666219_470349816_nkomandası, 10-cuları təmsil edən “Alfa” komandası 3 doğru suala cavab verməklə ikinci və üçüncü yerləri bölüşdürüb. 7-ci sinfin “Səma” biliciləri 2 doğru, 8-ci sinfin “Uğur” intellekləri isə 1 doğru sual cavablandırıblar.

İkinci turda isə 10-cular qalib gəlib. “Alfa” biliciləri 7 sualı tapmaqla birinci olublar. “Qarabağ” komandası 5 xalla ikinci olub. “Zəfər” və “Uğur” bilicləri 10956051_933528063332882_1941434164_nisə hərəyə 3 doğru cavab veriblər. “Səma” intellektləri isə yalnız 2 doğru cavab tapmaqla sonuncu olublar.

İki turdan sonra  komandaların xal durumu belədir:

1. ALFA            8.5

2. QARABAĞ  7.5

3. ZƏFƏR        7.5

4. UĞUR         3.5

5. SƏMA         3.0

10947705_933528076666214_955394044_n

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s