Qubada “Zəka oyunları” festivalı başladı

zeka oyunlari posterAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Qubada icra etdiyi “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsinə start verilib.

DSC02912Təşkilatdan verilən məlumata görə layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

DSC02919National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihə çərçivəsində ilk tədbir Quba rayonunun  Küpçal kəndində baş tutub.

DSC02980Tədbirdə çıxış edənlər, təşkilatın sədri Ramin Mahmudov, Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Küpçal kənd ümumi orta məktəbinin direktoru Mömin Əliyev ölkəmizdə gənclər  üçün yaradılan imkan və şəraitdən danışıb, cənab Prezident İlham Əliyevin strateji uzaqgörənliyinin məhsulu olaraq 3 il öncə imzaladığı fərmanla yaradılmış Gənclər Fondunun fəaliyyəti sahəsində ölkədə gənclər sektorunda yeni bir inkişaf dalğasnın əmələ gəldiyini bildiriblər. İcra olunan bu layihələrin yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarının artırılmasında, vətənpəvərlik və dövlətçilik ruhunda tərbiyənlənməsində əhəmiyyətini vurğulayıblar.

DSC02929R. Mahmudov bildirib ki, təşkilat bir neçə il öncə bu kimi tədbirləri yalnız şəhər gəncləri ilə keçirə bilirdi. Lakin Gənclər Fondunun dəstəyi nəticəsində artıq kənd ərazilərində də bu tipli tədbirlər təşkil etməklə kənd gənclərinin də cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Gənclər və idman idarəsinin rəis müavini M.Ağayev bildirib ki, Quba rayonunu bir sıra intellektual oyunlarda təmsil edən yığma komandaların tərkibində kənd gənclərinin də yer alması məhz bu tipli layihələrin kənd ərazilərində reallaşdırılmasının nəticəsidir.

DSC02946Rəsmi hissədən sonra layihəyə uyğun olaraq “Zəka oyunları” festivalının seçim turuna start verilib. Yarışda Quba rayonunun Küpçal və Üçgün kəndində təhsil alan məktəblilərindən ibarət 6 komanda mübarizə aparıb. Nə? Harada? Nə zaman? formatında keçirilən seçim turunda Küpçal kənd ümumi orta məktəbini təmsil edən “Sülhün elçiləri” komandası 1-ci, Üçgün kənd DSC02917təmsilçisi “Şəfəq” intellektləri 2-ci, Küpçal kəndinin daha bir təmsilçisi “Zirvə” biliciləri isə 3-cü olublar. Əsasnaməyə uyğun olaraq “Sülhün elçiləri” komandası Quba şəhərində baş tutacaq finala vəsiqə qazanıb.

Qeyd edək ki, fevral-may aylarını əhatə edəcək layihə Quba rayonunun daha 11 yaşayış məntəqəsində icra ediləcək.

DSC02993

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s