“MAG”  intellektləri ənənəni pozmadı

DSC03007Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Qubada icra etdiyi “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində təşkil olunan “Zəka oyunları” festivalının növbəti seçim turu Quba rayonunun II Nügədi kəndində baş tutub.

DSC03030Seçim turunda Birinci və İkinci Nügədi kəndlərində fəaliyyət göstərən 4 məktəbin 8 komandası mübarizə aparıb. Nə? Harada? Nə zaman? formatında keçirilən seçim turunda  Birinci Nügədi kənd  1 saylı tam orta məktəbini təmsil edən “MAG” komandası ənənəsinə sadıq qalaraq yenə də birinci olaraq finala vəsiqə qazanıb. Komanda buna qədər DSC03031Qubada keçirilən bütün intellektual oyunların final mərhələsində iştirak edib.  “MAG” intellektləri  18 suala doğru cavab verərək birinciliyi qazanmaqla seçim turlarında ən çox suala düzgün cavab verən komanda ünvanı da əldə edib.

 

 

DSC03034

İkinci Nügədi 2 saylı tam orta məktəbinin “Odlar Yurdu” komandası 7 doğru cavabla 2-ci, II Nügədi kənd 1 saylı tam orta məktəbinin “Uğur” biliciləri isə 6 doğru cavabla üçüncü olublar.

DSC03077Qeyd edək ki, National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə DSC03102dəstək olmaqdır.

Tədbirdə çıxış edənlər – təşkilatın sədri Ramin Mahmudov, Quba rayon Gənclər və İdman İdarəsinin rəsi müavini Mənsur Ağayev,  İkinci Nügədi kənd 3 saylı tam orta məktəbinin direktoru Səadət İsazadə layihənin əhəmiyyətini vurğulayıb, gənclərin təhsilə olan marağını DSC03116artırmaqda bu tipli tədbirlərin vaxtaşırı keçirilməsinin önəmli olduğunu bildiriblər.

Qeyd edək ki, fevral-may aylarını əhatə edəcək layihə Quba rayonunun  12 yaşayış məntəqəsində icra ediləcək. Artıq  üç zonada seçim turları başa çatıb. “Sülhün elçiləri”, “Zaman” və  “MAG” biliciləri may ayının 16-da Quba şəhərində baş DSC03117tutacaq finalda iştirak haqqı qazanıb.

Mart-aprel aylarında isə Quba rayonunun daha 9 zonasında seçim turları təşkil ediləcək.

 

 

 

DSC03120

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s