“Qələbə” qələbəsi ilə Qəçrəşi finala daşıdı

DSC03129Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikassı Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində təşkil olunan “Zəka oyunları” festivalının Qəçrəş kəndində baş tutan seçim turunda “Qələbə” ntellektləri adlarına uyğun oaraq qələbəni bayram ediblər.

DSC03149Seçim turunda iştirak edən 8 komandanın Nə? Harada? Nə zaman? formatında keçirilən mübarizəsində “Qələbə” biliciləri 15 suala doğru cavab verərək birinciliyi qazanmaqla may ayının 16-da Quba şəhərində baş tutacaq final mərhələsində Qəçrəş kəndini təmsil etmək hüququ qazanıb.  Yarışda ikinci yeri 12 suala doğru cavab verən “Quba” komandası, üçüncü yeri isə 7 suala doğru cavab verən “Qəçrəş” komandası tutub.

DSC03170Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.

Qeyd edək ki, National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan DSC03174yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

DSC03203Qeyd edək ki, fevral-may aylarını əhatə edəcək layihənin artıq  dörd zonada seçim turları başa çatıb. “Sülhün elçiləri”, “Zaman”,  “MAG”  və “Qələbə” biliciləri may ayının 16-da Quba şəhərində baş tutacaq finalda iştirak haqqı qazanıb.

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s