Zəka oyunları festivalı “ənənəvi finalçı”sız olacaq

IMG_0020Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində təşkil olunan “Zəka oyunları” festivalının Hacıqayıb kəndində baş tutan seçim turu gərginliyi ilə yadda qalıb və bu tip yarışlarda zonanın “əbədi çempionu” adını almış və eyni zamanda “ənənəvi finalçı” ünvanına sahib Qımılqışlaq kəndinin eyniadlı komandası  festivalın finalına vəsiqəni son anda əldən verib.

IMG_0029Seçim turunda iştirak edən Hacıqayıb, Qımılqışlaq, Küpçalqışlaq, Əliməmmədoba, Hacıhüseynli kənd məktəblilərinin 8 komandasını mübarizəsində son sualdan öncə liderliyi ələ alaraq 16 suala doğru cavab verən “Əliməmmədoba kəndinin “İntellekt” komandası finala vəsiqə qazanıb. “Qımılqışlaq” komandasının intellektləri 15 doğru IMG_0043cavabla bu dəfə ikinciliyə yiyələniblər. Hacıhüseynlini təmsil edən “Şimşək” komandası isə  11 suala doğru cavab verməklə üçüncü mükafata sahib olub.

Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.

 

IMG_0061Qeyd edək ki, Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən,  National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan IMG_0064yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

IMG_0072Festivalın final mərhələsi  may ayının 16-da Quba şəhərində baş tutacaq.

 

 

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s