Dağ kəndi Səbətlərin intellektləri birinci oldu

IMG_0015 “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən, Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən,  National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində təşkil olunan “Zəka oyunları” festivalının işçi qrupu Quba rayonunun ucqar dağ kəndlrindən hesab edilən Təngəaltı kəndində qonaq olub.

IMG_0023Layihə çərçivəsində təşkil olunan seçim turunda zonanı təmsil edən Afurca, Səbətlər, Təngəaltı, Rustov, Qam-qam və Püstəqasım kəndlərinin yeniyetmə və gənclərindən ibarət 6 komandası mübarizə aparıb. Nə? Harada? Nə zaman? formatı üzrə təşkil olunun yarışda Quba rayonunun şəhər mərkəzindən 35 km uzaqlıqda yerləşən dağ kəndi hesab IMG_0025olunan Səbətlər kəndini təmsil edən “Üçüncü qrup” komandası zona çempionu adını qazanmaqla yanaşı may ayının 16-da Quba şəhərində baş tutacaq festivalın final mərhələsində oynamaq hüququ qazanıb.

 

 

IMG_0033Püstəqasım və Afurca kəndlərinin müvafiq olaraq eyniadlı komandaları seçim turunda ikinci və üçüncülüklə barışıblar.

Seçim turunun yekununda qalib və mükafatçılar, eləcə də yarışlararın keçirilməsində yaxndan köməkliyinə görə Təngəaltı kənd tam orta məktəbinin direktoru Əzizəddin Allahverdiyev  də təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.

IMG_0044Qeyd edək ki, fevral-may ayları ərzində Quba rayonunun 12 yaşayış zonasında icra olunan layihənin əsas məqsədi müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

IMG_0058Artıq layihə çərçivəsində 6 zonada seçim turları başa çatıb. Müvafiq olaraq “Sülhün elçiləri” (Küpçal), “Zaman” (Zərdabi), “MAG” (I Nügədi), “Qələbə” (Qəçrəş), “İntellekt” (Əliməmmədoba) və “Üçüncü qrup” (Səbətlər) biliciləri final mərhələsinə vəsiqə qazanıb.

Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun qədim yaşayış massivi olan Alpan kəndində keçiriləcək.

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s