Qədim Alpan kəndində ilk dəfə intellektual yarış keçirilib

IMG_0005 “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada icra edilən “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində ilk dəfə olaraq Quba rayonunun qədim yaşayış məskəni olan Alpan kəndində gənclərinin iştirakı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.

“Zəka oyunları” festivalının bu kənddə baş tutan seçim turunda iştirak edIMG_0011ən 6 komandanın mübarizəsində son sualdan öncə liderliyi ələ alaraq 10 suala doğru cavab verən “Favorit” komandası finala vəsiqə qazanıb.

Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.

IMG_0031Qeyd edək ki, Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən,  National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan IMG_0048yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

Festivalın final mərhələsi  may ayının 16-da Quba şəhərində baş tutacaq.

IMG_0032 IMG_0063 IMG_0079

 

 

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s