“Gənclər”  finalda

IMG_0015 “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada icra edilən “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində Quba rayonunun Qaraçay kəndində gənclərinin iştirakı ilə keçirilən Nə? Harada? Nə zaman? intellektual oyununda İsnovqışlaq, Qaraçay, Alekseyevka, İqriq, Paşaoba, Vəlvələ kənd ərazisində yaşaya və təhsil alan 42 nəfər yeniyetmə və gənc iştirak edib.IMG_0042

“Zəka oyunları” festivalının Qaraçay kəndində baş tutan seçim turunda zonanı əhatə edən 6 kəndi təmsil edən 7 komandanın mübarizəsindən Alekseyevka kəndini təmsil edən  “Gənclər” komandası finala vəsiqə qazanıb. 30 sualın yekununda xallar bərəbər olduğundan qalibi əlavə IMG_0065suallarla müəyyən etmək mümkün olub.

Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən təltif edilib.

Rəsmi açılış mərasimində təşkilatın sədri Ramin Mahmudov gənclərin bu tipli layihələrdə iştirakının onların IMG_0068dünyagörüşünün artırılmasında, Azərbaycanımızın mədəniyyəti, adət-ənənələri barədə yeni biliklərin əldə edilməsindəki əhəmiyyətini vurğulayıb, Gənclər Fondu tərəfindən  bu layihələrin dəstəklənməsi nəticəsində Qubada intellekt hərəkatının yüksəldiyini  bildiriblər.

IMG_0085Qeyd edək ki, Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən,  National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan IMG_0086yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

IMG_0087Festivalın final mərhələsi  may ayının 16-da Quba şəhərində baş tutacaq.

 

 

 

 

 

IMG_0088

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s