Qubanın Dağlı kəndində Zəka oyunları festivalının seçim turu keçirilib

IMG_0014 “Zəka oyunları” festivalının bu kənddə baş tutan seçim turunda iştirak edən 6 komandanın mübarizəsində “Zirvə” komandası finala vəsiqə qazanıb.

Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən təltif edilib.

IMG_0065“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada icra edilən “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində ilk dəfə olaraq Quba rayonunun Dağlı kəndində gənclərinin iştirakı ilə keçirilən Nə? Harada? Nə zaman? intellektual oyununun  rəsmi açılış mərasimində təşkilatın sədri Ramin Mahmudov,  Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ramın Cəfərov, Quba IMG_0069rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev  iştirak edib. Natiqlər gənclərin bu tipli layihələrdə iştirakının onların dünyagörüşünün artırılmasında, Azərbaycanımızın mədəniyyəti, adət-ənənələri barədə yeni biliklərin əldə edilməsindəki əhəmiyyətini vurğulayıb, Gənclər Fondu tərəfindən  bu layihələrin dəstəklənməsi nəticəsində Qubada intellekt hərəkatının yüksəldiyini  bildiriblər.

IMG_0096Qeyd edək ki, Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən,  National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

Festivalın final mərhələsi  may ayının 16-da Quba şəhərində baş tutacaq.

 

 

 

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s