Zəkalılar Xucbalada toplandı

IMG_0030Yarış Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunun “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində  baş tutub.

IMG_00135 komandanın tərkibində birləşən 30 nəfər yeniyetmə və gəncin işitrak etdiyi yarışda Azəraycan mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri, vətənpərvərlik mövzularını əhatə edən  Nə? Harada? Nə zaman? intellekual oyun formatında hazırlanmış 30 sual səsləndirilib. Nəticədə “Şahdağ” komandasının intellektləri  50 fazilik nəticə ilə birinci olaraq final mərhələsinə vəsiqə əldə IMG_0050edib. “Parlaq şüaular” adlı komandanın biliciləri 11 xalla ikinci, “Qaliblər” komandası isə 8 xalla üçüncü olub.

Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən təltif edilib.

IMG_0051Qeyd edək ki, Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən,  National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan IMG_0078yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.



Festivalın final mərhələsi  may ayının 16-da Quba şəhərində baş tutacaq.

 

 

 

 

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s