“Zirvə” zirvəyə qalxdı

IMG_0008Quba şəhərinə “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində “Zəka oyunları” festivalı təşkil olunub.

IMG_0018Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfidən icra edilən və Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsi tərəfndən dəstəklənən yarışda Quba şəhərində yaşayan və təhsil alan 7 komandanın tərkibində birləşən 42 nəfər gənc iştirak edib.

IMG_0029Nə? Harada? Nə zaman? intellektual oyununun qaydaları əsasənda təşkil olunan yarışda Quba şəhər  1 saylı tam orta məktəbinin şagirdlərinin birləşdiyi “Zirvə” komandası finala vəsiqə qazanıb. Texniki Təmayüllü Liseyin eyniadlı komandasının biliciləri ikinci, şəhər 2 saylı təbiət fənləri təmayüllü liseyin “Avrora” komandası üçüncü olub.

IMG_0036Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən IMG_0062uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Ağbil kəndində baş tutacaq.

 

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s