Son finalçı “Uran” oldu

IMG_0013“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada icra edilən “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində təşkil olunan “Zəka oyunları” festivalının son seçim turu Quba rayonunun Ağbil kəndində baş tutub.

IMG_0024Ağbil, Vladimirovka, Çartəpə, Güləzi, Aşağı Xuc, Əlibəyqışlaq, Aşağı Atuc  kəndlərində yaşayan və təhsil alan 54 nəfər yeniyetmə və gəncin iştirakı ilə keçirilən Nə? Harada? Nə zaman? intellektual oyununda  Əlibəyqışlaq kəndini təmsil edən  “Uran” komandası finala vəsiqə qazanıb.  Aşağı Atucun “Atuc” komandası IMG_0029ikinci, Ağbil kəndini təmsil edən “Alfa” biliciləri isə üçüncü olub.

Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən təltif edilib.

Rəsmi açılış mərasimində təşkilatın sədri Ramin Mahmudov gənclərin bu tipli layihələrdə iştirakının onların dünyagörüşünün artırılmasında, Azərbaycanımızın mədəniyyəti, adət-IMG_0043ənənələri barədə yeni biliklərin əldə edilməsindəki əhəmiyyətini vurğulayıb, Gənclər Fondu tərəfindən  bu layihələrin dəstəklənməsi nəticəsində Qubada intellekt hərəkatının yüksəldiyini  bildirib.

Qeyd edək ki, Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə IMG_0049gerçəkləşən,  National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni IMG_0096zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

Festivalın final mərhələsi  may ayının 16-da Quba şəhərində baş tutacaq.  Finalda “Sülhün elçiləri” (Küpçal),  “Zaman” (Zərdabi), “Üçüncü qrup” (Səbətlər), “MAG” (I Nügədi), “İntellekt” (Əliməmmədoba), “Qələbə” (Qəçrəş), “Şahdağ” (Xucbala), “Zirvə” (Dağlı), “Uran” (Əlibəyqışlaq),  “Gənclər” (Alekseyevka), “Favorit” (Alpan) və Quba şəhərini təmsil edən “Zirvə” komandaları mübarizə aparacaq.

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s