“Yurd” Qubada Avropa Oyunlarını təbliğ etdi

image-26-05-15-02-50-9Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İB Quba rayon Gənclər və İdman İdarəsi ilə birlikdə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının yeniyetmə və gənclər arasında təbliği istiqamətində tədbir keçirib.

image-26-05-15-02-50-4Quba rayonunun Ağbil kəndində baş tutan tədbirdə məktəb şagirdləri və müəllimlər iştirak edib.

Çıxış edənlər, təşkilatın sədri Ramin Mahmudov və Quba rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xəyyam Şahazov bu möhtəşəm tədbirin Azərbaycanımız üçün əhəmiyyətini qeyd edib, tədbirlər bağlı hazırlanmış məlumat təqdimatını şagirdlərin nəzərinə çatdırıblar.

image-26-05-15-02-50-14Bildirilib ki, Avropa Oyunları 800 saat canlı yayım vasitəsiylə nəinki Avropada hətta uzaq şərq, Avstraliya, Latin Amerikası, ABŞ, Ərəb əmirlikləri və Afrikada yayımlanacaq. 750 media agentliklərində xəbər buraxılışları, 1 milyondan çox tamaşaçı kütləsi Azərbaycan adını eşidəcək, ölkəmizin birbaşa təbliğatının şahidi olacaqlar. Bu oyunların mükəmməl təşkilatçılıq ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi, turizmin və iqtisadiyyatın inkişafına təkan verəcək.

image-26-05-15-02-50-19Tədbirin sonunda Avropa Oyunlarının təbliği üçün Heydər Əliyev Fondu tərəfindən hazırlanmış xüsusi video material nümayiş etdiriib.

 

 

 

 

image-26-05-15-02-50-22

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s