III Xəmsə Yay Liqası davam edir

20150726_120527“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin Qubada artıq 3 ildir ənənəvi olaraq yay aylarında təşkil etdiyi III Xəmsə Yay Liqası turnirndə 3-cü turun oyunları keçirilib. 20150726_100256Quba Gənclər Mərkəzində baş tutan turda 8 komanda 2 yarımqrupda mübarizə aparıb. A qrupundan Qubanı təmsil edən “Difai” və Qusar təmsilçisi “Eyforiya”, B qrupundan isə Qusar intelleklərindən iabrət “Katyuşa” və Quba intellekt aləminin flaqmanı “Uran” finala vəsiqə qazanıb. 20150726_100455Gərgin və maraqlı keçən finalda Qubanın Zərdabi qəsəbəsini təmsil edən “Difai” komandası turun qalibi adını qazanıb. “Uran” ikinci, Qusar təmsilçiləri “Katyuşa” və “Eyforiya” isə müvafiq olaraq üçüncü və dördüncü yeri tutublar. Liqaya 3 turdan sonra 102 xalla Qusar rayonunu təmsil edən “Katyuşa” başçılıq edir. “Edelveys” 61 xalla ikinci, “E-team” və “Difai” 52 xalla üçüncü və dördüncü yerləri bölüşür. “Uran” 51 xalla beşincidir. 20150726_113528Hər həftə bir turun oynanıldığı liqa 8 turdan ibarət olacaq.

 XEMSE III tur

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s