Quba Xəmsə Liqasında lider dəyişdi

20150818_122211Qubada hər ilin yay fəslində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən keçirilən III Xəmsə Yay Liqasında 6-cı tur lider dəyişikliyi ilə yadda qalıb. İlk turdan liderliyi ələ alan Qusar rayonunu təmsil edən “Katyuşa” intellektləri bu turda qrup səddini aşa bilməyərək liderliyi əldən verib.

6 komandanın iştirakı ilə gərgin keçən mübarizədə qalib 5-ci turda olduğu kimi Xəmsə raundu ilə müəyyən olunub və bu dəfə də qələbəni “Uran” biliciləri bayram edib. “Kosmoslulur” bu tipli yarışlarda əzəli və əbədi rəqiblərini “Qımılqışlaq”  və yeni qurulmuş “Sensation” komandasını qabaqlayıblar.

20150818_1034026-cı turun yekununda “Uran” birinci, Qımılqışlaq ikinci, “Sensation” üçüncü, “E-team” isə dördüncü olub.

Turda ən maraqlı an isə “Sensation”un tərkibində ilk dəfə yarışlara qatılan 4-cü sinif şagirdinin çıxışı olub. Quba şəhər 1 saylı orta məktəbinin şagirdi olan Sadıq Mahmudov hətta oyunun gedişində 500 xallıq sualda düyməni sıxaraq “Sensation”un ilk xalını qazandırıb. Bu uğur komandanın digər üzvlərini də ruhandırıb, nəticədə komanda qrup səddini aşaraq yekunda turun üçüncüsü olub.

8 turdan ibarət olan Yay Liqasında hazırda ilk pilləni 184 xalla “Qımılqışlaq” intellekləri tutur. “Uran” 183 xalla ikinci, “Katyuşa” isə 163 xalla üçüncüdür.

Liqanın son iki turu müvafiq olaraq avqustun 25-də və sentyabrın 1-də baş tutacaq.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s