Ağbil kəndində gənclər biraraya gəldi

IMG_00152015-ci il “Kənd təsərrüfatı ili” çərçivəsində Qubada gənclər üçün ictimai aktivlik layihəsinin növbəti təlimi Quba rayonunu qədim yaşayış massivlərindən biri olan Ağbil kəndində baş tutub.

IMG_0022Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən gerçəkləşdirilən layihənin əsas məqsədi kənd ərazisində yaşayan gənclər arasında könüllülüyün təbliği, ictimai aktivliyin artırılması, onlarda liderlik keyfiyyətlərinin yüksəldilməsi, bacarıqlarının artırılmasıdır.

IMG_0045Quba rayonunun Ağbil kəndində baş tutan tədbirdə iştirak edən 35 nəfər gəncə “Komanda işi”, “Uğurlu komandanın xüsusiyyətləri”, “Liderlik”, “Liderin xüsusiyyətləri”, Liderliyin növləri”, Fərdi inkişaf və motivasiya”, “Özünüqiymətləndirmə” mövzularında təlimlər keçirilib.

IMG_0050Rəsmi açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin əsas məqsədinin ölkə prezidenti cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizi altında keçirilən tədbirlərə, eyni zamanda “Kənd təsərrüfatı ili”çərçivəsində müəyyən edilən vəzifələrə dəstək olduğunu bildiriblər.

IMG_0129Qeyd olunub ki, inkişaf edən ölkəmizin gələcək kadrları kimi məhz yetişməkdə olan gənc nəslin bu kimi bilik və bacarqılara indidən mənimsəməsinə, onların vətənpərvər bir gənc kimi yetişməsinə ehtiyac duyulur. Bu səbəbdən də bu kimi tədbirlər ölkəmiz üçün istedadlı gənclərin yetişdirilməsi və üzə çıxarılması üçün atılan ilkin addımlardır.

IMG_0139Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində Quba rayonunun 8 kənd ərazisində – Güləzi, Hacıqayıb, Qaraçay, Ağbil, Dağlı, Qəçrəş, Rustov, Püstəqasım kəndlərində 14-22 yaşlı gənclərin iştirakı ilə təlimlər təşkil olunacaq, gənclərə icma IMG_0147əlaqələrinin formalaşdırılması, icmalarda problemlərin həllində könüllü iştirak, müxtəlif tipli layihələrin hazırlanması və icra edilməsi mövzularında biliklər veriləcək.

 

IMG_0153

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s