Qubada “Fərdi inkişaf məktəbi” davam edir

IMG_0012Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən 2015-ci il “Kənd təsərrüfatı ili” çərçivəsində Quba rayonunda  gənclər üçün icra edilən ictimai aktivlik layihəsi  çərçivəsində qədim yaşayım massivi olan Rustov kəndində baş tutub.

IMG_0037Layihənin əsas məqsədi kənd ərazisində yaşayan gənclər arasında könüllülüyün təbliği, ictimai aktivliyin artırılması, onlarda liderlik keyfiyyətlərinin yüksəldilməsi, bacarıqlarının artırılmasıdır.

Rustov kəndində baş tutan tədbirdə 25 nəfər gəncə “Komanda işi”, IMG_0055“Uğurlu komandanın xüsusiyyətləri”, “Liderlik”, “Liderin xüsusiyyətləri”, Liderliyin növləri”, Fərdi inkişaf və motivasiya”, “Özünüqiymətləndirmə” mövzularında təlimlər keçirilib.

Rəsmi açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin IMG_0058əsas məqsədinin ölkə prezidenti cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizi altında keçirilən tədbirlərə, eyni zamanda “Kənd təsərrüfatı ili”çərçivəsində müəyyən edilən vəzifələrə dəstək olduğunu bildiriblər. Qeyd olunub ki, inkişaf edən ölkəmizin gələcək kadrları kimi məhz yetişməkdə olan gənc nəslin bu kimi bilik və bacarqılara indidən IMG_0065mənimsəməsinə, onların vətənpərvər bir gənc kimi yetişməsinə ehtiyac duyulur. Bu səbəbdən də bu kimi tədbirlər ölkəmiz üçün istedadlı gənclərin yetişdirilməsi və üzə çıxarılması üçün atılan ilkin addımlardır.

IMG_0076Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində Quba rayonunun daha 4 kənd ərazisində – Hacıqayıb, Qaraçay, Dağlı, və  Püstəqasım kəndlərində 14-22 yaşlı gənclərin iştirakı ilə təlimlər təşkil olunacaq, gənclərə icma əlaqələrinin formalaşdırılması, icmalarda problemlərin həllində IMG_0086könüllü iştirak, müxtəlif tipli layihələrin hazırlanması və icra edilməsi mövzularında biliklər veriləcək.

Bu günə qədər isə layihə çərçivəsində Quba rayonunun Güləzi, Ağbil və Qəçrəş kəndlərində təlimlər təşkil edilib.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s