Qubanın Püstəqasım kəndində gənclər üçün “Fərdi inkişaf məktəbi” təşkil edilib

IMG_0009Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən 2015-ci il “Kənd təsərrüfatı ili” çərçivəsində Quba rayonunda  gənclər üçün icra edilən ictimai aktivlik layihəsi  çərçivəsində Quba rayonunun Püstəqasım kəndində baş tutub.IMG_0005

Layihənin əsas məqsədi kənd ərazisində yaşayan gənclər arasında könüllülüyün təbliği, ictimai aktivliyin artırılması, onlarda liderlik keyfiyyətlərinin yüksəldilməsi, bacarıqlarının artırılmasıdır.

IMG_0015Püstəqasım kəndində baş tutan tədbirdə 25 nəfər gəncə “Komanda işi”, “Uğurlu komandanın xüsusiyyətləri”, “Liderlik”, “Liderin xüsusiyyətləri”, Liderliyin növləri”, Fərdi inkişaf və motivasiya”, “Özünüqiymətləndirmə” mövzularında təlimlər keçirilib.

IMG_0021Rəsmi açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin əsas məqsədinin ölkə prezidenti cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizi altında keçirilən tədbirlərə, eyni zamanda “Kənd təsərrüfatı ili”çərçivəsində müəyyən edilən vəzifələrə dəstək olduğunu bildiriblər.

IMG_0030Qeyd olunub ki, inkişaf edən ölkəmizin gələcək kadrları kimi məhz yetişməkdə olan gənc nəslin bu kimi bilik və bacarqılara indidən mənimsəməsinə, onların vətənpərvər bir gənc kimi yetişməsinə ehtiyac duyulur. Bu səbəbdən də bu kimi tədbirlər ölkəmiz üçün istedadlı gənclərin yetişdirilməsi və üzə çıxarılması üçün atılan ilkin addımlardır.

IMG_0061Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində Quba rayonunun daha 3 kənd ərazisində – Hacıqayıb, Qaraçay və Dağlı kəndlərində 14-22 yaşlı gənclərin iştirakı ilə təlimlər təşkil olunacaq, gənclərə icma əlaqələrinin formalaşdırılması, icmalarda IMG_0073problemlərin həllində könüllü iştirak, müxtəlif tipli layihələrin hazırlanması və icra edilməsi mövzularında biliklər veriləcək.

IMG_0076Bu günə qədər isə layihə çərçivəsində Quba rayonunun Güləzi, Ağbil, Qəçrəş və  Rustov kəndlərində təlimlər təşkil edilib.

 

IMG_0082

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s