“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi ilə yekun vurdu

1401313224_yurd-emblemYola saldığımız 2015-ci il “Yurd” Gənclərin İntellektual İnbkişafına Dəstək İctimai Birliyi üçün bir sıra uğurlarla əlamətdar olub.

Bu il ərzində təşkilat tərəfindən bir sıra layihələr icra edilib, bir çox gənc həm təşkilat tərəfindən təşkil edilən tədbnirlərdə, həm də rayon və respublikada keçirilən tədbirlərdə iştirak etməklə maariflənib.

loqo tehsil 1x2Təşkilat ilə yanvar ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Dəstək olaq hər birimiz, örnək olsun təhsilimiz!” adlı layihə ilə start verib. Quba rayonunun Qaraçay və Xucbala kənd tam orta məktəblərində təşkil olunan layihənin əsas məqsədi kurikulum sistemində təhsil verən müəllimlər üçün İKT-dən və sosial şəbəkələrdən istifadə bacarıqlarının inkişaf etdirilməsi olub. Mart ayında yekunlaşaan layihəyə qeyd olunan məktəblərdə dərs deyən 30 nəfər müəllim cəlb edilib.

Fevral-may aylarında isə təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı “Zəka oyunları” festivalı təşkil edib.

IMG_0135Festival çərçivəsində Quba rayonunun Küpçal, Zərdabi, II Nügədi, Qəçrəş, Hacıqayıb, Təngəaltı, Alpan, Dağlı, Xucbala, Qaraçay, Ağbil kəndlərində və Quba şəhərində yeniyetmə və gənclərin iştirakı ilə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, milli-mənəvi dəyərlərinin  təbliği istiqamətində intellektual oyunlar keçirilib. Layihədə 589 nəfər iştirak edib.

Hər il olduğu kimi bu il də gənclərin yay aylarında asudə vaxtlarının səmərəli təşkili üçün addımlıar atılıb. III Xəmsə yay liqası turunirində Quba rayonunun Qımılqışlaq, Əlibəyqışlaq, Zərdabi kəndləri ilə yanaşı, Quba şəhərindən və Qusar rayonundan olan gənclər də qatılıb. 60 nəfər gəncin iştirak etdiyi turnir iyun-avqust aylarını əhatə edib.20150901_095452

Avqust-oktyabr aylarında isə təşkilat yenidən Quba rayonunun kəndlərinə səfərə yollanıb. Bu dəfə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Kənd gəncləri üçün fərdi inkişaf məktəbi”adlı layihə icra edilib. Quba rayonunun Güləzi, Ağbil, Qəçrəş, Rustov, Püstəqasım, Hacıqayıb, Dağlı və Qaraçay kəndlərində baş tutan təlimlərdə 202 nəfər gənc iştirak edib.

IMG_0153Bu layihənin uğurlu davamı kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dətəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birgə Quba rayonunun Qımılqışlaq kəndində “Yerli gənc”layihəsi çərçivəsində təlim təşkil olunub və 20 nəfər gənc maarifləndiirlib.

Noyabr-dekabr aylarında isə təşkilat tərəfindən daha bir layihəyə tərəfdaşlıq edilib. Təşkilatın üzvü Nizami Hüseynov tərəfindən Gənclər Fondunun maliyyə vəsaiti ilə realladşdırlan Ədəbiyyat kuboku layihəsinə 50 nəfər gənc cəlb edilib.

1“Yurd”un təşkilatçılığı ilə Quba rayonunun daha bir kəndində – Qımılqışlaq kəndində intellekt liqasına start verilib. Qımılqışlaq İntüellüktual Oyunlar Klubu yaradılıb və hər həftə olmaqla turlar təşkil edilib. Liqada 8 komanda tərkibində 48 nəfər gənc iştirak edir. Buna qədər isə Ağbil kəndində də liqa təşkil edilib.

İl ərzində təşkilat tərəfindən icra edilən layihələrdən birbaşa 931 nəfər faydalanıb.

Təşkilatla Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı arasında razılaşma memorandumu imzalanıb və 2016-cı ildən başlayaraq tələbələrin iştirakı ilə 3 istiqamətdə layihələrin icrası nəzərdə tutulub.

Təşkilatın nəzdində fəaliyyət göstərən intellekt komandaları – “Yurd” “Uran” və “Qımılqışlaq” – Bakıda təşkil olunan Ağıl oyunları və İntellekt marafonu adlı yarışda iştirak edib. “Yurd” komandası “Ağıl oyunları” turnirinin region komandaları yarışında 3-cü olub.

“Gələcəyə körpü” İB ilə əməkdaşlıq nəticəsində “Tariximizin izi ilə”adlı layihəyə qatılan komandamız Breyn rinqdə 4-cü, NHN oyunuda isə 5-cü olub.

Təşkilat təkcə layihələrin icrası ilə kifayətlənməyib və gənclərin fərdi inkişafı istiqamətində də bir sıra təlim və tədbirlər həyata keçirib, gənclərin müxtəlif seminarlarda iştirakını təşkil edib.

ARGTMŞ-nın təşkilatçılığı ilə təşkil edilən müxtəlif infoturlarda təşkilatın 5 nəfər üzvü – Əli Nadiroğlu, Xəyalə Ələkbərova, Xəyal Yəhyayev, Sevil Abidova və Əli Həsənov – iştirak edərək maariflənib.

Təşkilat üzvlərindən Ülviyyə Əlimova, Aysel Rəcəbova, Rauf Alxasov, Roman Kərimov, Sevil Abidova, Gültac Əhmədova, Aytac Əhmədova, Türkan Mirzağayeva, Şəlalə Xıdırova iyul-avqust aylarında Asan Xidmətin Qubadakı səyyar qəbuluna könüllü kimi cəlb ediliblər.

Ümumilikdə, bu il ərzində rayonda və respublikada təşkil edilən müxtəlif təlim və seminarlarda təşkilatın 17 nəfər üzv və könüllüsü iştirak edib.

Təşkilatın daha bir uğuru isə ARGİN-nin dəstəyi ilə AZTV-də yayımlanan MAG verilişinə dəvət edilməsi olub. Aprel ayında baş tutan çəkilişdə təşkilatın sədri və 4 nəfər üzvü iştirak edib.

Təşkilat eyni zamanda Qubada bir çox təşkilat tərəfindən icra edilən layihələrin təşkili işində də fəalllıq göstərərək “Gənclərin Maarifləndirilməsinə Dəstək”İB, “Gələcəyə körpü” İB-nin tədbirlərinin təşkilatçılığına dəstək olub.

AMİ Quba filialında baş tutan kitab müzakirə klubunu təqdimatı tədbirində 100 nəfər gənc tələbə maariflənib.

İlin son tədbiri isə təşkilatın ofisində baş tutub. Azərbaycan Gənclər Fondunun elan etdiyi yeni qrant müsabiqsinə qatılmaq istəyən 10-dan artıq gənc üçün layihə yazmaq və fonda müraciət etmək mövzularında mmaifləndirmə təlimi keçirilib.

2015-ci ilin əldə edilən nailiyyətləri təşkilatın tam gücünü əks etdirmir. Daha ciddi çalışmaq və 2016-ci ildə daha geniş miqyaslı fəaliyyətlər üçün təşkilat yeni hədəflər müəyyənləşdirib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s