“Yurd”dan gənc qızlara bayram hədiyyəsi

12675102_1144990098853343_1024086665_o8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Quba rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İntellektual İnkişaf Mərkəzinin, “Xəzər” İntellektual Gənclər Klubunun və “National Geography” jurnalının dəstəyi ilə Qubada ilk dəfə olaraq gənc qızların iştirakı ilə “Zərif intellekt” adlı fərdi oyun üzrə turnir təşkil edilib.

DSC03301Açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov bu tip yarışlarla hədəflərinin intellektual, vətənpərvər gənclik formalaşdırmaq olduğunu bildirib. Natiq qeyd edib ki, artıq neçə ildir ki, təşkilat rayonda və regionda Azərbaycan Gənclər Fondunun və QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə bir çox intellektual və fərdi inkişaf proqramlarının icrasına imza atıb. Nəticədə bir çox ərazilərdən istedadlı gənclər üzə çıxarılıb.

Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev öz çıxışında qeyd edib ki, bu turnirin əhəmiyyəti ondadır ki, Qubada ilk dəfə olaraq sırf qızların iştirakı ilə belə bir turnir təşkil olunur. Bu həm də gənc qızların ictimai aktivliyinin artırılması və onların asudə vaxtının səmərəli təşkilinə yönəldilib. Məhz buna görə “Yurd” GİİD İB tərəfindən irəli sürülən bu təşəbbüs idarə tərəfindən də dəstəklənib.

DSC03313Quba rayon Gənclər Mərkəzində baş tutan turnirdə 18 nəfər şagird və tələbə qız mübarizə aparıb.

Sırf qadınlara dair tematik mövzuda mübarizə aparan zərif intellektlərin yarışında sonda Quba rayonu Əlibəyqışlaq kənd tam orta məktəbinin məzunu, hazırda qəbul imtahanlarına hazırlaşan abituriyent, Qubanın gənclərdən ibarət “Xəmsə” komandasının üzvü Gültac Əhmədova qalib gəlib.

DSC03361Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının filologiya fakültəsinin II kurs tələbələri Şəhla Mustafayeva və Şəhla İbrahimova müvafiq olaraq turnirin ikinci və üçüncü mükafatına sahib olublar. Turnirdə dördüncü yeri tələbələrin qrup yoldaşı Aynurə Şıxməmmədova tutub.

Tədbirin sonunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən kubok, diplomlar, “National Geography” jurnalının nüsxələri, bütün iştirakçılara isə 8 mart münasibətilə hədiyyələr təqdim edilib.

20160307_154903

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s