“Multikulturalizm ili” çərçivəsində Quba rayonunun Rustov kəndində İntellektual Oyunlar Klubu fəaliyyətə başlayıb

42016-cı ilin cənab Prezident tərəfindən “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar olaraq qarşıya qoyulan vəzifələrin icra edilməsinə dəstək vermək məqsədilə “Qubada fəaliyyət göstərən “Yurd” Gəncləörin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubanın Rustov kəndində yeniyetmə və gənclərin intellektual oyunlar klubu yaradılıb.

5“Multikulturalizm ili” çərçivəsində Rustov kəndinin seçilməsi də təsadüfi deyil. Çünki bu kənd rayonun böyük kəndlərindən biri olmaqla yanaşı həm də milli azlıqlardan olan tatların kompakt yaşadığı ərazi hesab edilir.

Klubun yaradılmasında digər məqsəd isə cənab Prezidentimiz İlham Əliyevin yanvar ayında gənclərlə görüşü zamanı intellektual hərəkatın gənclər arasında genişləndirilməsinin əhəmiyyətli olduğunu və bu istiqamətdə müxtəlif yarışların təşkilini vəzifə kimi qarşıya qoymasına təşkilat tərəfindən dəstək verməkdir.

7Klubun rəhbəri, “Yurd” GİİD İB-nin üzvü Elvin Seyfəddinovun verdiyi məlumata görə klubun yaradılmasında məqsəd milli azlıq olan yeniyetmə və gənclər arasında Azərbaycançılıq ideologiyasının təbliğinə, vətənpərvərlik hislərinin yüksəldilməsinə nail olmaq, onların bilik və bacarıqlarının artırılması, intellekt səviyyələrinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsi və eyni zamanda onlarda Azərbaycan tarixinin,ədəbiyyatının, incəsənətinin təbliğinə dəstək verməkdir.

8Klubda artıq 6 komanda fəaliyyətə başlayıb. Əsasən məktəblilərdən ibarət olan komandaların formalaşmasında məqsəd həm rayonun məktəblilərdən ibarət komandalarının gücləndiirlməsinə dəstək vermək, həm də onların kiçik yaşlardan intellektual oyun təcrübələrinin formalaşdırılmasına nail olmaqdır.

Artıq klubda keçirilmiş iki oyun turuna əsasən nəticələr belədir:

  1. Nömrə 1          10 bal
  2. Zirvə                7 bal
  3. Kvant              4.5 bal
  4. Bilik                 3 bal
  5. Ulduz               3 bal
  6. Zəfər               2.5 bal

9Qeyd edək ki, kənd ərazilərində intellektual oyunlar üzrə klubların yaradılması ideyası “Yurd”Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən 2013-cü ildə dəstəklənmiş “Quba İntellekt Liqasının yaradılması” layihəsinin tərkib hissəidir.

Layihə başa çatsa da, hazırda Rustov kəndi ilə yanaşı təşkilatın daxili imkanları hesabına Qubanın Qımılqışlaq və Ağbil kəndlərində də intellektual oyunlar klubu fəaliyyət göstərir.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s