Qubada IV Novruz kuboku turniri keçirilib

01“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Quba rayonu Rustov bələdiyyəsi, Quba rayon Gənclər və İdman İdarəsi, “Xəzər” İGK, Gənclərin İntellektual İnkişaf Mərkəzi, National Geography jurnalı ilə birgə “Multikulturalizm ili” çərçivəsində Quba rayonunun Rustov kəndində intellektual çoxnövçülük üzrə ənənəvi IV Novruz Kuboku turnirini keçirib.
11Turnirin açılış mərasimində çıxış edən “Yurd” GİİD İB-nin sədri Ramin Mahmudov, Quba rayonu Rustov bələdiyyəsinin sədri Behbud Rəhimov, Quba rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xəyyam Şahbazov, Rustov kənd tam orta məktəbinin direktor müavini Sevinc Əliyeva, Rustov İntellektual Oyunlar Klubunun sədri Elvin Seyfəddinov son illərdə ölkəmizdə gənclərin intellektual 02bilik və bacarıqlarının artırılmasında, təhislə,elmə, bədii ədəbiyyata marağının artırılması istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, cənab Prezident İlham Əliyev tərəfindən yanvar ayında gənclərlə görüşündə intellektual oyunların təbliğinin və daha geniş təşkilinin vacibliyinin qeyd olunması regionların ucqar kəndlərində də bu hərəkatın genişlənməsinə rəvac verib. 15Eyni zamanda bu ilin “Multikulturalizm ili” elan edilməsi də milli ey bayramımız olan Novruza həsr olunmuş turnirin məhz Rustovda keçirilməsini şərtləndirib.
Daha sonra təşkilatın sədri R.Mahmudov Rustov kəndində intellektual hərəkatın gənclər arasında təbliğ edilməsində göstərdikləri yaxından köməkliyə görə Rustov bələdiyyəsinə, Rustov kənd tam orta məktəbinin rəhbəliyinə təşkilatın təşəkkürnamələrini təqdim edib.
13İki mərhələ üzrə keçiriən yarışda 8 komanda mübarizə aparıb. Nə? Harada? Nə zaman? oyunu üzrə keçirilən birinci mərhələdən sonra Püstəqasım kəndinin eyniadlı, Məckə-Xacə kəndinin “Barsa”, Qam-qam kəndini təmsil edən “Uğur” və Rustov kəndinin “Kritik gənclər” komandası ikinci mərhələyə vəsiqə qazanıb.
Xəmsə formatında baş tutan ikinci mərhələdən sonra Qam-qam 10təmsilçisi “Uğur” turnirin qalibi adını qazanıb. “Püstəqasım” komandası ikinci, “Barsa” biliciləri isə üçüncü olub.
Yekunda qalib və mükafatçılara diplomlar, medallar, kubok və National Geography jurnalının müxtəlif nömrələri hədiyyə edilib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s