“Yurd”dan Rio-2016-ya ictimai dəstək başladı

150 x 80- -- 1 eded baner“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsinin qalibi olaraq Quba rayonunda “Olimpiya mükafatçıları milli sərvətimizdir!” süarı altında “Rio-2016-ya ictimai dəstək” layihəsinin icrasına başlayıb.

150 x 80 1 eded banerSon illərdə ölkəmiz dünyanın qabaqcıl idman ölkəsinə çevrilməkdədir. Ötən il Azərbaycanda tarixdə ilk dəfə baş tutan və möhtəşəmliyi ilə yadda qalan I Avropa Oyunları gənc nəsil arasında sağlam həyat tərzinə, idmanla məşğul olmağa meylləri artırıb.

Eyni zamanda idman oyunlarının “şahı” hesab edilən Olimpiya oyunlarında da idmançılarımızın ilbəil artan nailiyyətləri, əldə edilən müxtəlif əyarlı medallar ölkəmizin milli sərvətinə çevrilməkdədir.

150 x 80- 1 eded banerBunların gənc nəsil arasında təbliği həm ölkəmizin gücünün gənclərə aşılanması, həm onlarda vətənpərvərlik hisslərinin artırılması üçün önəmlidir.  Bu təbliğat həm də gənc nəslin idmana olan marağının da artmasına səbəb olacaq. Region gəncləri həm də idmançılarımızı tanıyacaq. Olimpiya hərəkatı təkcə paytaxt Bakıda qalmayacaq, regionlara da təbliğ edilərək ictimai dəstək alacaq.

150 x 80-- 1 eded banerTəşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə may-avqust aylarını əhatə edəcək layihə 3 hissədən ibarət olacaq. “Kim sevirsə idmanı, poladdan olar canı” şüarı ilə gənc oğlan və qızların iştirakı ilə voleybol, stolüstü tennis, basketbol (3*3) idman növləri üzrə “Rio-2016-ya yarışaraq dəstək olaq!” “Olimpiya idman spartakiadası” turniri keçiriləcək.

“Olimpiya intellekt kuboku” adlı ikinci tədbirdə olimpiya oyunlarının və Azərbaycan idmanının nailiyyətləri intellektual oyunlar vasitəsilə gənclərə təbliğ olunacaq.

Layihə çərçivəsində son tədbir isə “Olimpiya oyunları yaradıcı gənclərin təxəyyülündə…” şüarı ilə keçiriləcək. Bu hissədə istedadlı gənclərin bu mövzudakı əl işlərindən ibarət sərgi təşkil olunacaq.

Quba rayonunun Püstəqasım kəndində stolüstü tennis, Dağlı kəndində qızlar, Ağbil kəndində oğlanlar arasında voleybol, Qaraçay kəndində isə basketbol turniri təşkil olunacaq.

Qımılqışlaq, Afurca, Rustov və Talabıqışlaq kəndlərində isə intellektual oyunlar keçiriləcək.

Quba şəhərində isə yaradıcı gənlcərin əl işlərindən ibarət sərgilər təşkil olunacaqdır.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s