Qubada eruditlər Rio-2016-ya ictimai dəstəyə başladı

IMG_0025Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi çərçivəsində “Olimpiya intellekt kuboku” adlı intellektual oyunlara start verilib.

IMG_0009Quba rayonunun Qımılqışlaq kəndində baş tutan tədbirdə yeniyetmə və gənclərdən ibarət 8 komanda  mübarizə aparıb.

Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi idmannailiyyətlərindən danışıb, cənab IMG_0011Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizin dünyanın idman ölkəsinə çevrildiyini qeyd edib. Bunun da nəticəsində yetişməkdə olan gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinin, onların idmana olan marağının artırılmasınıngünün prioritetistiqamətlərindən biri olduğunu bildirib. Layihənin də əsas məqsədinin IMG_0015region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və avqust ayında start götürəcək Braziliyanın Rio-de-Janeyro şəhərindəki olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsi olduğunu, xüsusilə də ötən il I Avropa Oyunlarının möhtəşəm təşkilatçılığının əhəmiyyətini IMG_0029vurğulayan natiq bildirib ki, ölkəmizdə bir-birinin ardınca təşkil edilən müxtəlif idman turnirləri Azərbaycanımızın haqq səsinin dünyaya çatdırılması, həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir.

Natiq bu kimi tədbirlərin gənclərin sağlam ruhda tərbiyə edilməsi IMG_0031istiqamətində böyük əhəmiyyətini qeyd edib, eyni zamanda Azərbaycanımızın dünyada artan nüfuzunun, idman nailiyyətlərinin gənc nəsil arasında təbliğinin vətənpərvərlik, dövlətçilik və vətənə sədaqət ruhunda tərbiyə edilməsində vacib amil olduğunu bildiriblər.

Rəsmi açılış mərasimindən sonra IMG_0046turnirə start verilib.

Yarışın əsasnaməsinə uyğun olaraq 8 komanda  30 sualdan ibarət Nə? Harada? Nə zaman? oyunu üzrə mübarizə aparıb. Yekunda Qımılqışlaq komandası 19 suala doğru cavab verməklə turnirin qalibi adını qazanıb. “Vur, komandir, vur!” komandası 14 xalla ikinci, yalnız qızlardan ibarət olan IMG_0048“İdeal” komandası isə 13 xalla üçüncü yeri tutub.

Yekunda qalib və mükafatçılara layihə çərçivəsində təşkilatçılar tərəfindən hazırlanmış diplomlar, xüsusi bukletlər, kubok və medallar, “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça IMG_0052təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində bu günə qədər Quba rayonunun Püstəqasım kəndində stolüstü tennis, Dağlı kəndində qızlar arasında voleybol, Qaraçay kəndində isə oğlanlar arasında 3*3 basketbol növün üzrə turnirlər keçirilib.

IMG_0056Avqust ayınadək davam edəcək layihənin ikinci mərhələsində Quba rayonunun Talabıqışlaq, Afurca və Rustov kəndlərində intellektal oyunlar üzrə “Olimpiya kuboku” turnirləri, Quba şəhərində isə istedadlı gənclərin əl işlərindən ibarət” Olimpiya oyunları gənc rəssamların təxəyyülündə” adlı sərgi də təşkil olunacaq.

IMG_0074 копия

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s