Qubada Azərbaycanın idman nailiyyətləri təbliğ edildi

2Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi davam edir.

1Layihə çərçivəsində “Olimpiya intellekt kuboku” adlı növbəti turnir Quba rayonunun Talabıqışlaq kəndində baş tutub.

Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi idmannailiyyətlərindən danışıb, cənab Prezident İlham Əliyevin Milli Olimpiya 3Komitəsinə prezident seçildikdən sonra ölkəmizin dünyanın idman ölkəsinə çevrildiyini qeyd edib. Bunun da nəticəsində yetişməkdə olan gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinin, onların idmana olan marağının artırılmasınıngünün prioritetistiqamətlərindən biri olduğunu bildirib. Eyni zamanda idmanının multikultural dəyərlərin, tolerantlığın 6dünyaya təbliğ edilməsi baxımından da əhəmiyyətindən danışan layihə rəhbəri bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsini də diqqətə çatdırıb.

Layihənin əsas məqsədinin region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında 7təbliğ edilməsi və avqust ayında start götürəcək Braziliyanın Rio-de-Janeyro şəhərindəki olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsi olduğunu, xüsusilə də ötən il I Avropa Oyunlarının möhtəşəm təşkilatçılığının əhəmiyyətini vurğulayan natiq bildirib ki, ölkəmizdə bir-birinin ardınca təşkil edilən müxtəlif 8idman turnirləri Azərbaycanımızın haqq səsinin dünyaya çatdırılması, həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir.

Natiq bu kimi tədbirlərin gənclərin sağlam ruhda tərbiyə edilməsi istiqamətində böyük əhəmiyyətini qeyd edib, eyni zamanda Azərbaycanımızın dünyada artan nüfuzunun, idman nailiyyətlərinin gənc nəsil arasında təbliğinin vətənpərvərlik, dövlətçilik və vətənə sədaqət ruhunda tərbiyə 9edilməsində vacib amil olduğunu bildiriblər.

Rəsmi açılış mərasimindən sonra turnirə start verilib.

6 komanda  30 sualdan ibarət Nə? Harada? Nə zaman? oyunu üzrə mübarizə aparıb. Yekunda “Hədəf” biliciləri hədəflərinə çataraq bturnirin qalibi adını qazanıblar. “Zəka” komandası ikinci, “Məzunlar” komandası isə üçüncü yeri tutub.

10Yekunda qalib və mükafatçılara layihə çərçivəsində təşkilatçılar tərəfindən hazırlanmış diplomlar, xüsusi bukletlər, kubok və medallar, “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində bu günə qədər Quba rayonunun Püstəqasım kəndində stolüstü tennis, Dağlı kəndində qızlar arasında voleybol, Qaraçay kəndində isə oğlanlar arasında 3*3 basketbol növü üzrə idman yarışları, Qımılqışlaq kəndində isə intellectual turnir keçirilib.

11Avqust ayınadək davam edəcək layihənin ikinci mərhələsində Quba rayonunun daha iki məntəqəsində – Afurca və Rustov kəndlərində intellektal oyunlar üzrə “Olimpiya kuboku” turnirləri, Quba şəhərində isə istedadlı gənclərin əl işlərindən ibarət” Olimpiya oyunları gənc rəssamların təxəyyülündə” adlı sərgi də təşkil olunacaq.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s