“Yurd” Qubadan seçim etdi

34Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual  İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Erudit” region gənclərinin intellekt festivalı çərçivəsində növbəti seçim turu keçirilib.

35Quba şəhər Şahmat məktəbində baş tutan seçim turunda rayonun yeniyetmə və gənclərindən ibarət  8 komandası qələbə uğrunda mübarizə aparıb.

Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov layihənin məqsədindən danışıb, 2011-36ci ildən bu yana Gənclər Fondunun dəstəyi ilə ölkə ərazisndə gənclər təşkilatları və gənclər tərəfindən reallaşdırılan layihələrdən və onların əhəmiyyətindən danışıb. Bu layihələr nəticəsində ölkədə gənclər siyasətində yeni nəfəs formalaşmağa başlayıb, yeni-yeni istedadlı, bacarıqlı gənclər üzə çıxarılıb, eyni zamanda reallaşdırılan 38beynəlxalq layihələr sayəsində də Azərbaycanımızın dünyada təbliğ istiqamətində əhəmiyyətli işlərə imza atılıb.

Rəsmi hissədən sonra turnirə start verilib. Nə? Harada? Nə zaman? oyunu üzrə keçirilən seçim turunda “Uran” komandası birinci, Qımılqışlaq kəndinin eyniadlı komandası  ikinci, Ağbil kəndini təmsil edən “Alfa” 39komandası isə üçüncü olub. İlk iki yeri tutan komandalar Quba şəhərində keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edib.

Qeyd edək ki, layihə çərçivəsində Siyəzən, Şabran, Xaçmaz və Qusarda n olan komandaların iştirakı 41həmin ərazilərdə seçim turları keçirilib və qaliblər müəyyən olunub.

Hər zonadan olan qalib və mükafatçılar iyul ayında Quba şəhərində keçiriləcək final mərhələsində iştirak edəcək.

 

https://25haich4342.ru/f2.html?a=26698https://gyh1lh20owj.ru/u.html?a=26698

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s