Gənc rəssamlar RİO-2016-ya dəstək nümayiş etdirdi

IMG_0012Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi çərçivəsində növbəti tədbir baş tutub.

IMG_0014“Olimpiya oyunları gənc istedadların təxəyyülündə” devizi altında Quba şəhər Gənclər Mərkəzində istedadlı gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil olunub.

Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi idmannailiyyətlərindən danışıb, cənab IMG_0040Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizin dünyanın idman ölkəsinə çevrildiyini qeyd edib. Bunun da nəticəsində yetişməkdə olan gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinin, onların idmana olan marağının artırılmasınıngünün prioritet IMG_0045istiqamətlərindən biri olduğunu bildirib.

Layihənin əsas məqsədinin region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və avqust ayında start götürəcək Braziliyanın Rio-de-Janeyro şəhərindəki olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsi olduğunu bildirib, IMG_0051bu kimi tədbirlərin gənclərin sağlam ruhda tərbiyə edilməsi istiqamətində böyük əhəmiyyətini qeyd edib, eyni zamanda Azərbaycanımızın dünyada artan nüfuzunun, idman nailiyyətlərinin gənc nəsil arasında təbliğinin vətənpərvərlik, dövlətçilik və vətənə sədaqət ruhunda tərbiyə edilməsində vacib amil olduğunu IMG_0052nəzərə çatdırıb. Bu tədbirin də əsas məqsədinin idman nailiyyətlərinin gənc rəssamlar arasında təbliği, həm də istedadlı gənclərin üzə çıxarılmasına dəstəyin verilməsi olduğu qeyd edilib.

Rəsmi hissədə çıxış edən Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev də bu kimi tədbirlərin regionlarda keçirilməsinin IMG_0096vacibliyini qeyd edib və istedadlı gənclərə daim diqqət və qayğıdan danışaraq layihəni yüksək dəyərləndirib.

Rəsmi açılış mərasimindən sonra sərgi izləyicilər üçün açıq élan edilib.

Sərgidə Quba rayonunun müxtəlif IMG_0059yaşayış massivlərindən olan 76 nəfərin 82 əl işi nümayiş etdirilib.

Yekunda münsiflər heyətinin qərarına əsasən sərgi iştirakçılarına, qalib və mükafatçılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib. Əsasnaməyə uyğun olaraq 5 nəfər I, 7 nəfər II, 9 nəfər isə III mükafata layiq görülüblər.

IMG_0098Amsar kənd sakini Lamiyə Babayeva, Ağbil kənd sakini Nərmin Sultanova, Zərdabi qəsəbə sakini Murad Hacıyev, Quba şəhər sakini Fəridə Həşimova və Nərmin Kərimova ən yaxşı əl işlkərinini müəllifləri kimi mükafatlandırılıblar.

IMG_0080Eyni zamanda qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış xüsusi bukletlər və “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.

Qeyd edək ki, 3 istiqamətdə icra olunan layihə çərçivəsində bu günə qədər “Kim sevirsə idmanı, poladdan olar canı” devizi altında Quba rayonunun Püstəqasım kəndində IMG_0093stolüstü tennis, Dağlı kəndində qızlar arasında voleybol, Qaraçay kəndində isə oğlanlar arasında 3*3 basketbol növü üzrə idman yarışları, Qımılqışlaq, Talabıqışlaq, Afurca və Rustov  kəndlərində isə “Olimpiya intellekt kuboku” adı altında intellektual oyunlar keçirilib.

 

IMG_0102

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s