“Erudit”in qalibi “Uran” oldu

DSC_0209Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual  İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Erudit” region gənclərinin intellekt festivalının final mərhləsinin oyunları keçirilib.

DSC_0224Quba şəhər Şahmat Məktəbində keçirilən turnirin finalında seçim turlarının qalibləri olan 8 komanda mübarizə aparıb.

Final oyunlarında Qusar “Red Army”,  Siyəzən “Marşal” və “Zirvə”, Şabran “Loqos”, Xaçmaz “Mein Kampf” və “Piramida”, Quba rayonu isə “Uran” və “Qımılqışlaq” komandaları ilə DSC_0233təmsil olunub.

Rəsmi açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin məqsədindən danışıb,  2011-ci ildən bu yana Gənclər Fondunun dəstəyi ilə ölkə ərazisndə gənclər təşkilatları və gənclər tərəfindən reallaşdırılan DSC_0313layihələrdən və onların əhəmiyyətindən söz açıb. Tədbirdə çıxış edən Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev çıxışında qeyd edib ki, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində gənclər siyasətində yeni nəfəs formalaşmağa başlayıb, yeni-yeni DSC_0241istedadlı, bacarıqlı gənclər üzə çıxarılıb, eyni zamanda reallaşdırılan beynəlxalq layihələr sayəsində də Azərbaycanımızın dünyada təbliğ istiqamətində əhəmiyyətli işlərə imza atılıb.

Rəsmi hissədə eyni zamanda Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, DSC_0300Şabran rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Bağırov da iştirak edib.

Rəsmi hissədən sonra turnirə start verilib.  Nə? Harada? Nə zaman? oyunu üzrə keçirilən turnirdə komandalar 45 sualı cavablandırıb.

Nəticədə Quba təmsilçisi “Uran” biliciləri 32 sualı doğru DSC_0257cavablandıraraq turnirin qalibi adını qazanıb. Xaçmaz rayonunu təmsil edən “Piramida” komandası 21 xalla ikinci, “Mein Kampf” komandası isə 18 xalla üçüncü mükafata layiq görülüb.

Qubanı təmsil edən digər komanda-“Qımılqışlaq” biliciləri 15 xalla DSC_0286dördüncü olmağı bacarıb. Siyəzən komandaları “Marşal” və “Zirvə” 9 xal, Şabran təmsilçisi “Loqos” 8, Qusarın “Red Army” komandası isə 7 xal toplayaraq müvaqif yerləri tutublar.

Yekunda qaliblərə və mükafatçılara təşkilatçılar tərəfindən kuboklar, medallar, diplomlar və kitablar təqdim edilib.

DSC_0291Qeyd edək ki, layihə çərçivəsində şımal zonsına daxil olan Siyəzən, Şabran, Xaçmaz, Quba, və Qusar  rayonlarında keçirilən tədbirlərdə ümumilikdə 300 nəfər gənc  faydalanıb.

 

 

DSC_0320

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s