“Yurd” Gənclər və İdman Nazirliyinin 22 illik yubileyini Qubada qeyd etdi

13643954_1068909513196951_1058300132_n“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən ənənəvi olaraq hər ilin yay aylarında Qubada təşkil edilən “Xəmsə” intellekt festivalının sayca 4-cü turnirinə start verilib.

13650485_1068909606530275_1782435268_nQuba rayon Gənclər və İdmna İdarəsinin təşkilati dəstəyi ilə Quba Gənclər Mərkəzində baş tutan ilk tur həm də Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin yaranmasının 22-ci ildönümünə həsr olunub. Tədbirdə çıxış edən təşkilatın sədri Ramin Mahmudov bildirib ki, 1994-cü il iyulun 24-də Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm 13650535_1068910613196841_1178931911_ntədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi.

Dövlət gənclər siyasəti, ölkənin 13652712_1068905989863970_2112812149_ngələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin böyük önəm verdiyi sahədir. Dövlətimizin başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müxtəlif proqramların təsdiqi, Gənclər 13652837_1068905843197318_745637350_nFondunun yaradılması ölkədə gəncliyin inkişafına yaradılan şəraitdir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Tədbirdə çıxş edən Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev də ölkəmizdə son illərdə gənclər sahəsində aparılan islahatlardan danışıb, yaradılan imkan və şərait nətəcisəidnə yeni-yeni gənc liderlərin fprmalaşdığını qeyd edib. Bu gözəl məknanda Xəmsə turnirinin təşkil edilməsi də dövlətimziin 13664604_1068910596530176_1732294857_ngənclər üçün yaratdığı şəraitin nəticəsidir və gənclərin vətənpərvərlik, vətəndəaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət edir.

Rəsmi açılış mərasimindən sonra tunirə start verilib. Püşkə əsasən A qrupunda Şabran təmsilçisi “MultiBrain” 3 Quba təmsilçisinə – “E-team”, “İnferno” və “Uran” qarşı mübarizə aparıb. Son iki turnirin qalibi 13672275_1068906003197302_1863744845_nolan “Uran” zəifləmiş heyətlə turnirdə ilk fiaskosuna uğrayıb. Yekunda “E-team” komandası 1500 xalla birinci olaraq finala vəsiqə qazanıb. “MultiBrain” 900 xalla ikinci, “İnferno” -1000 xalla üçüncü, “Uran” isə -1600 xalla sonuncu olub.

B qrupunda isə Siyəzən rayonunu təmsil edən “Marşal” biliciləri 5000 xalla finala adını yazdırıb. Quba komandaları “Old Boys” 500 xalal 13866729_1068905899863979_2136904075_nikinci, “Qımılqışlaq” komandası isə -800 xalla üçüncü olub.

Turnirin ən gərgin mübarizəsi C qrupunda  yaşanıb. Fərdi raunda qədər qrup lideri olan Xaçmaz təmsilçisi “Piramida” son raundda Qusar biliciləerindən ibarət “Poseydon”a 300 xalla yenilib. Nəticədə “Poseydon” 4500 xalla birinci, “Piramida” 4200 xalla ikinci, “Quba təmsilçisi “Avaqadro” 900 xalla üçüncü yeri tutub.

13866834_1068910549863514_1930720032_nD qrupunda da Şabran, Qusar və Qusar biliciləri son ana qədər mübarizə aparıblar. Nəticədə Qusar rayonunu təmsil edən “Leninqrad” komandası 900 xalla üçüncü, “El-Nino” 1400 xalla ikinci olub. Şabran təmsilçisi “Difai” isə 7000 xalla finala vəsiqə qazanıb.

Turnirin finalında Quba, Qusar, Şabran və Siyəzən rayonlarını təmsil edən komandalar mübarizə aparıb. İlk turun qalibi Xəmsə raundunda bəlli olub. Raundun sualını doğru cavablandıran “E-team” 13871886_1068909543196948_1543823471_nbiliciləri 6001 xalla ilk turun qalibi adını qazanıb. Qusar komandası “Poseydon” 3000 xalla ikinci, Şabran təmsilçisi “Difai” 900 xalla üçüncü olub. Siyəzəni təmsil edən “Marşal” ilk turu -2300 xalla bitirib.

Tur nəticəsində komandalrın heyətində bir neçə istedadlı gənc üzə çıxarılaraq namizdələr siyahısına salınıb. “İnforno”dan Faiq Pənahov, “Piramida” komandasında Ravid Şahnəzərov, Mehman Hacıyev, “Difai”dən Raiz Kərimov, “Poseydon”dan Murad Şirinov, “Leninqrad”dan Rahim Kliçov, “Avaqadro”dan İmran Abdullayev, “Marşal”dan Elgün 13672634_1068905769863992_1130134387_nHəmidov ilk turda oyunları ilə fərqlənən intellektuallar sıyahısına daxil edilib.

6 turdan ibarət liqa avqustun 30-dək davam edəcək. Sonda qaliblər kubok, medal və diplomlarla mükafatlandırılacaq.

Qeyd edək ki, bundan öncə keçirilən 3 Xəmsə Yay Liqası turnirinin qalibi adını bir dəfə “Yurd”, iki dəfə isə “Uran” biliciləri qazanıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s