Qubada parolimpiyaçılarımızla görüş keçirilib

DSCN7303 copyQuba Gənclər Mərkəzində RİO Yay Parolimpiya Oyunlarında iştirak edəcək bir qrup azərbaycanlı idmançı ilə gənclərin görüşü keçirilib.

DSCN7266 copyGörüşdə dünya və olimpiya rekordçusu, parolimpiyaçı, Pekin olimpiadasının qalibi Oluxan Musayev, Avropa rekordçusu Samir Nəbiyev və onların məşqçisi Oktay Şaxtaxtinski iştirak edib.

Tədbirdə qarşıdakı olimpiya oyunlarına hazrılıqla bağlı idmançılar fikirlərini bölüşüb, ölkə idmanının inkişafında gənc nəslin idmana əhəmiyyət vrməsinin labüdlüyü vurğulanıb.

İnteraktiv şəkildə keçən görüşdə gənclər tərəfindən idmançılara və məşçilərinə ünvanlanan suallar cavablandırılıb.

Görüşün sonunda qonaqlara Quba rayon Gənclər və İdman İdarəsi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İB tərəfindən fərxri fərmanlar və xatirə hədiyyələrə təqdim edilib.

Görüş “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İB tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti hesabına reallaşdırdığı “RİO-2016-ya ictimai dəstək” layihəsinin davamı olaraq gerçəkləşdirilib.

Görüşdə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan 60 nəfər gənc iştirak edib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s