IV Xəmsə Yay Liqasını “Piramida” qazandı

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq Qubada keçirilən gənclərin Xəmsə Yay Liqası turnirinə yekun vurulub.
Quba Gənclər Mərkəzində baş tutan turnir bu dəfə regional xarakter daşıyıb. 29 iyul tarixindən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabnrandan olan 13 komandanın iştirakı ilə gerçəkləşdirilən turnir regionda yeni intellektlərin üzə çıxarılmasına səbəb olub.
Təşkilatın sədri Ramin Mahmudov bildirib ki, bu turnirin uğurlu alınmasında Azərbaycan Gənclər Fondunun böyük əməyi var. Belə ki, məhz fondun maliyyəsi hesabına təşkilat tərəfindən regionda gerçəkləşdirilən Erudit festivalı nəticəsində üzə çıxarılan Xaçmaz, Şabran və Siyəzən komandaları turnirdə iştirak edərək liqaya rəng qatıblar. Eyni zamanda könüllü şəkildə rayonlarda xərc çəkib Qubaya gələn gənclər bu kimi turnirlərə regionda olan marağı və əhəmiyyəti nümayış etdiriblər.
Son turda 8 komanda iki yarım qrupda mübarizə aparıb. Qruplardan finala vəsiqə qazanan Qusar təmsilçisi SS birinci, Xaçmaz təmsiçisi Piramida ikinci, Şanbran biliciləri Difai komandası üçüncü, Qusarın digər təmsilçisi Poseydon isə dördüncü olub.

6 turdan ibarət liqanın qalibi adını turlar üzrə yekun bal hesablamasına görə Xaçmaz təmsilçisi Piramida əldə edib. Qusarın SS komandası ikinci, Qubanı təmsil edən E-team komandası isə üçüncü olub. Şabran Difaisi isə turniri 4-cü yerdə bitirib.
Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən kubok, medal, kitablar və diplomlar, eləcə də turnirin digər tərəfdaşı National Geograpyi tərəfindən jurnallar hədiyyə edilib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s