Siyəzəndə yeniyetmələrin rayon birinciliyi keçirilib

14469518_1427884573893356_7672139821441551734_nSiyəzən şəhər Gənclər Mərkəzində Siyəzən rayon Gənclər və İdman idarəsi tərəfindən yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon çempionatı keçirilmişdir.
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə təşkil olunan çempionatda şəhər və kənd tam orta məktəblərinin 8 komandası mübarizə aparıb. Yarışda ümumilikdə 40-dan çox yeniyetmə əhatə olunub.

14368905_1427884557226691_4498367913240181310_nYarış yeniyetmələrin intellektual səviyyəsinin və dünyagörüşlərinin artırılması, intellektual oyunların yeniyetmələr arasında təbliği, onların asudə vaxtlarının səmərəli və maraqlı təşkili, eləcə də yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Respublika Çempionatının zona mərhələsində iştirak edəcək rayon komandasının müəyyənləşdirilməsi məqsədi daşıyıb.

14484857_1427885613893252_9003498781990034274_nGərgin mübarizə şəraitində keçən bilik yarışında şəhər 6 nömrəli lisey-məktəbin “Marşal” komandası birinci yeri tutaraq çempionatın qalibi olub. Gil-gilçay qəsəbə tam orta məktəbin “Zirvə” və şəhər 2 nömrəli tam orta məktəbin “Müşfiq” komandaları isə müvafiq olaraq II və III yerləri bölüşüblər.

Qalib komandalara sonda Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlar təqdim edilmişdir.
14449034_1427886310559849_6893235035818508851_n

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s