Yurd ARGTMŞ ilə birgə Quba və Qusarda tədbir keçirib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Quba və Qusar rayonlarında maarifləndirmə tədbirləri keçirilib.

“Yerli” Kənd Gənclərinin İnkişafı Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
Quba və Qusar rayonlarında təşkil olunan “Erudit” region gənclərinin intellekt festivalı ARGTMŞ-ın üzvü olan “Yurd” Gənclərin İntelektual İnkişafına Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib. Tədbir kənd gənclərini intellektual oyunlara cəlb etmək, Azərbaycan tarixinin gənclər arasında təbliği və asudə vaxtının səmərəli keçirməsi məqsədilə təşkil olunub.

Quba rayonunun Ağbil kəndində təşkil olunan tədbirdə Ağbil, Aşağı Atuc, Aşağı Xuc, Əlibəyqışlaq, Dəlləkli, Yeni Güləzi, Vladimirovka kəndlərinin və Qırmızı qəsəbə gəncləri iştirak edib. 48 nəfər şagird və gənc müəllimlərin 8 komanda tərkibində mübarizə apardığı Nə? Harada? Nə zaman? oyunu üzrə yarışda qalib adını Əlibəyqışlaq kənidinin “Uran” biliciləri qazanıb. Yeni Güləzi təmsilçiləri “Qarabağ” ikinci, Aşağı Atuc kəndinin təmsilçiləri olan “Dostlar” komandası üçüncülüyə yiyələnib.

Qusar rayonunun Balaqusar kəndində təşkil olunana eyni turnirdə isə Balaqusar, Həsənqala və Bədirqala kəndlərini təmsil edən 5 komanda tərkibində 30 nəfər şagird və gənc müəllim iştirak edib. Yekunda Balaqusar kəndini təmsil edən “Everest” komandası birinci, Bədirqala təmsilçisi MAG ikinci, Həsənqala kəndinin gənc vunderkindləri “Alimlər” komandası üçüncü yeri tutub.

Yekunda qalib və mükafatçılara kubok, medal və diplomlar təqdim edilib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı start verib. Proqram çərçivəsində ötən il “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunun Qımılqışlaq kəndində “Fərdi inkişaf məktəbi” adlı təlimlər keçirilib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s