“ Yurd” Xızı rayonunda “Biləndər” Zəkaların Qış Kuboku turnirinə start verdi

dsc07846Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra edilən “Biləndər” Zəkaların qış kuboku” adı layihə çərçivəsində ilk tədbir Xızı rayonunda təşkil edilib.

sam_4978Xızı rayonu Giləzi qəsəbəsində baş tutan seçim turunda yeniyetmə və gənclərdən ibarət 7 komanda qələbə uğrunda mübarizə aparıb.

Rəsmi hissədə çıxış edən təşkilatın rəhbəri Ramin Mahmudov layihəyə dəstək verdiyi üçün Gənclər Fonduna minnətdarlıq bildirib və qeyd edib ki, layihənin əsas məqsədi gənc nəslin təhsilə, elmə marağının artırılmasına sam_4979dəstək vermək, gənc nəsil arasında Azərbaycan ədəbiyyatı, incəsənəti, tarixi, coğrafiyasına , eləcə də dünyaya aid biliklərin intellektual oyunlar vastəsilə öyrədilməsini təşkil etməklə onlarda vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə nail olmaqdır.

Tədbirdə çıxış edənlər, Xızı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elyanar Hüseynov, Xızı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Ceyhun sam_4982İskəndərov layihənin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edərək bildiriblər ki, bu tipli tədbirlərin təşkili yetişməkdə olan gənc nəsin bilik və bacarıqlarının artırılması və asudə vaxtının səmərəli təşkil edilməsi baxımından əhəmiyyət daşıyır.

Rəsmi hissədən sonra yarışa start verilib. Nə? Harada? Nə zaman? formatında baş tutan seçim turunda 24 sualın yekununda “Region-29” komandası 11 suala doğru cavab sam_4985verərək turnirin qalibi adını qazanıb və dekabr ayında Quba şəhərində keçiriləcək final mərhələsinə vəsiqə əldə edib. “Land of mountains” komandası ikinci, “Qafqaz” biliciləri isə üçüncü mükafata sahib olublar.

Yekunda qalib və mükafatçılara kubok, medal, diplomlar və layihənin digər tərəfdaşı National Geography jurnallarının nümunələri hədiyyə edilib.

sam_5053Qeyd edək ki, dekabr ayınadək davam edəcək layihə çərçivəsində şimal zonasının digər rayonlarında-Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba bölgələrində də seçim turları keçiriləcək və qalib komandalar Quba şəhərində təşkil olunacaq final mərhələsində ən güclü “BİLƏNDƏR”i müəyyən edəcəklər.

 

sam_5063

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s