Gənclər Fondunun dəstəyi ilə Qusarda “Biləndər” kuboku keçirilib

sam_5395Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra edilən “Biləndər” Zəkaların qış kuboku” adı layihə çərçivəsində Qusar rayonunda seçim turu təşkil edilib.sam_5379

Qusar rayonunun Balaqusar kəd mədəniyyət mərkəzində baş tutan seçim turunda yeniyetmə və gənclərdən ibarət 7 komanda qələbə uğrunda mübarizə aparıb.

Rəsmi hissədə çıxış edən təşkilatın rəhbəri Ramin Mahmudov layihəyə dəstək verdiyi üçün Gənclər Fonduna sam_5418minnətdarlıq bildirib və qeyd edib ki, layihənin əsas məqsədi gənc nəslin təhsilə, elmə marağının artırılmasına dəstək vermək, gənc nəsil arasında Azərbaycan ədəbiyyatı, incəsənəti, tarixi, coğrafiyasına , eləcə də dünyaya aid biliklərin intellektual oyunlar vastəsilə öyrədilməsini təşkil etməklə onlarda vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə nail olmaqdır.

sam_5439Rəsmi hissədən sonra yarışa start verilib. Nə? Harada? Nə zaman? formatında baş tutan seçim turunda 24 sualın yekununda “Black Team” komandası  7 suala doğru cavab verərək turnirin qalibi adını qazanıb və dekabr ayında Quba şəhərində keçiriləcək final mərhələsinə vəsiqə əldə edib. “Oliqarx” komandası ikinci, “MAG” biliciləri isə üçüncü mükafata sam_5451sahib olublar.

Yekunda qalib və mükafatçılara kubok, medal, diplomlar və layihənin digər tərəfdaşı National Geography jurnallarının nümunələri hədiyyə edilib.

Qeyd edək ki, dekabr ayınadək davam edəcək layihə çərçivəsində Xızı və Siyəzən rayonlarında seçim turu təşkil edilib.  Şabran, Xaçmaz və sam_5465Quba bölgələrində də keçiriləcək seçim turları nəticəsində qalib komandalar Quba şəhərində təşkil olunacaq final mərhələsində ən güclü “BİLƏNDƏR”i müəyyən edəcəklər.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s