Siyəzəndə gənclərin iştirakı ilə intellektual “Biləndər” turniri keçirilib

sam_5144Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra edilən “Biləndər” Zəkaların qış kuboku” adı layihə çərçivəsində Siyəzən rayonunda seçim turu təşkil edilib.

sam_5170Siyəzən şəhər Gənclər mərkəzində baş tutan seçim turunda yeniyetmə və gənclərdən ibarət 8 komanda qələbə uğrunda mübarizə aparıb.

Rəsmi hissədə çıxış edən təşkilatın rəhbəri Ramin Mahmudov layihəyə dəstək verdiyi üçün Gənclər Fonduna minnətdarlıq bildirib və qeyd edib ki, layihənin əsas məqsədi gənc nəslin təhsilə, elmə marağının artırılmasına dəstək vermək, gənc nəsil arasında sam_5183Azərbaycan ədəbiyyatı, incəsənəti, tarixi, coğrafiyasına , eləcə də dünyaya aid biliklərin intellektual oyunlar vastəsilə öyrədilməsini təşkil etməklə onlarda vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə nail olmaqdır.

Tədbirdə çıxış edən Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov layihənin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür sam_5222edərək bildiriblər ki, bu tipli tədbirlərin təşkili yetişməkdə olan gənc nəsin bilik və bacarıqlarının artırılması və asudə vaxtının səmərəli təşkil edilməsi baxımından əhəmiyyət daşıyır.

Rəsmi hissədən sonra yarışa start verilib. Nə? Harada? Nə zaman? formatında baş tutan seçim turunda 24 sualın yekununda “Müşfiq-1” sam_5255komandası  10 suala doğru cavab verərək turnirin qalibi adını qazanıb və dekabr ayında Quba şəhərində keçiriləcək final mərhələsinə vəsiqə əldə edib. “Uran” komandası ikinci, “Müşfiq” biliciləri isə üçüncü mükafata sahib olublar.

Yekunda qalib və mükafatçılara kubok, medal, diplomlar və layihənin digər tərəfdaşı National Geography jurnallarının nümunələri hədiyyə edilib.

sam_5259Qeyd edək ki, dekabr ayınadək davam edəcək layihə çərçivəsində Xızı rayonunda seçim turu təşkil edilib və Şabran, Xaçmaz, Qusar və Quba bölgələrində də seçim turları keçiriləcək və qalib komandalar Quba şəhərində təşkil olunacaq final mərhələsində ən güclü “BİLƏNDƏR”i müəyyən edəcəklər.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s