Yurd Gənclər Təşkilatı Gənclər üçün Təhsil Mərkəzi ilə birlikdə intellektual yarış keçirib

Gənclər üçün Təhsil Mərkəzi (GTM) UNEC Tədqiqat Fondunun dəstəyi ilə gənclər arasında könüllülük, maarifçilik ideyalarını təbliğ etmək və gənclərin aydın təfəkkürdə formalaşdırılmasına hesablanmış “Maarifçilik” Könüllülük Akademiyasının iştirakçıları arasında “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə yarış keçirilib.

Yarışdan öncə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və “Yurd” təşkilatının sədri Ramin Mahmudov intellektual oyunların inkişafı istiqamətində yaradılan şəraitdən söhbət açıb, bu kimi yarışların gənclərin məntiqi düşünmə qabiliyyətinin inkişafında, təhlil etmə, qərar vermə, komandada işləmək bacarıqlarının yüsəldilməsindəki əhəmiyyətini qeyd ediblər.

Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həsr olunmuş turnirdə 8 komanda mübarizə aparıb. Yekunda “Stimul” komandası yarışın qalibi adını qazanıb. “Wonderkids” biliciləri ikinci, “Çinar” intellektualları isə üçüncü mükafatın sahibi olub. Yekunda qalib və mükafatçlar təşkilatçılar tərəfindən kubok və medallarla təltif olunub.

Şuranın dəstəyi ilə Qusarda cüdo üzrə turnir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi yeniyetmə və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, hərb sənətinin və hərb tariximizin təbliği məqsədilə “Hər şey vətən üçün!” gənclərin vətənpərvərlik festivalı” adlı layihə çərçivəsində Qusar rayonunda cüdo üzrə turnir keçirib. Continue reading

Şuranın dəstəyi ilə Qubada peyntbol turniri keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi yeniyetmə və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, hərb sənətinin və hərb tariximizin təbliği məqsədilə “Hər şey vətən üçün!” gənclərin vətənpərvərlik festivalı” adlı layihə çərçivəsində Quba rayonunda peyntbol üzrə turnir keçirib. Continue reading

Qubada qızlar və oğlanların iştirakı ilə atıcılıq turniri keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Quba rayon Təhsil Şöbəsi və Quba rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi yeniyetmə və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, hərb sənətinin və hərb tariximizin təbliği məqsədilə “Hər şey vətən üçün!” gənclərin vətənpərvərlik festivalı” adlı layihə çərçivəsində Quba rayonunda oğlan və qızların iştirakı ilə atıcılıq üzrə turnir keçirib. Continue reading

Şuranın dəstəyi ilə Qubada hərb tariximizin gənclər arasında təbliği məqsədilə intellektual turnir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “Yurd”  Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi yeniyetmə  və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, hərb sənətinin və hərb tariximizin təbliği məqsədilə “Hər şey vətən üçün!” gənclərin vətənpərvərlik festivalı” adlı layihə çərçivəsində Quba şəhərində Quba və Qusar rayonlarında yaşayan və təhsil alan gənclərin iştirakı ilə  intellektual turnir keçirib. Continue reading

“Yurd” Şuranın dəstəyi ilə gənclər arasında vətənpərvərliyin təbliği layihəsinə start verir

 “Yurd”  Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeniyetmə  və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, hərb sənətinin və hərb tariximizin təbliği məqsədilə “Hər şey vətən üçün!” gənclərin vətənpərvərlik festivalı” adlı layihəyə start verib. Continue reading

Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi

Siyəzən şəhər Gənclər Mərkəzində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Cümhuriyyət kuboku” intellekt festivalı adlı layihə çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirilib. Continue reading

Payız liqasında 2-ci turun oyunları keçirilib

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı Quba rayon Gənclər və İdman İdarəsi, Azərbaycan İntellektual Oyunlar Klubu, ADPU-nin Quba filialının Tələbə Gənclər Təşkilatı, filialın İntellektual Oyunlar Klubunun dəstəyi ilə keçirilən Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə “Payız liqası” turnirinin 2-ci turunun oyunları keçirilib.  Continue reading