Xəmsə üzrə Quba məktəbli liqasının II turunda kənd komandası qalib oldu

Xemse mektebli liqasi II turYURD GT-nın təşkilatçılığı ilə bir ay öncə Qubada əsası qoyulan Xəmsə MİO üzrə Quba məktəbli liqasının II turunun oyunları keçirilib.

Hər ay 1 turun oynanılacağı liqanın II turunda yeni qalib olub. Belə ki, davamlı olaraq yarışlarda iştirak edən Alekseyevka kənd tam orta məktəbinin “EVEREST” ( əvvəliki adı “İDEAL”) komandası nəhayət ki, ilk qalibiyyətinə sevinib.

Komanda “Viva la Vİda”, “Viktoriya” və “Evrika” komandalarının yer aldığı final qrupunda 800 xalla qalib olaraq balansına 24 xal yazdırıb.

II turdan sonra komandaların balansındakı vəziyyət belədir:

1. VİVA LA VİDA – 44 xal

2. EVEREST – 29

3. EVRİKA – 25

4. ZİRVƏ – 23

5. VİKTORİYA – 17

6. MAG – 16

7. NURLU SABAH – 9

8. LİDER – 5

9. KRİTİK GƏNCLƏR – 5

10. FLAQMAN – 1

Leave a comment