YURD 20 yanvar faciəsini qeyd etdi

20yanYurd Gənclər Təşkilatı xalqımızın qəhrəmanlıq tarixi olan 20 yanvar faicəsi ilə bağlı gənclərin iştirakı ilə tədbirlər silsiləsinə start verib.

20yan1Quba bələdiyyəsinini iclas zalında baş tutan tədbir Quba rayon Gənclər və idman İdarəsi ilə birgə təşkil edilib və  rayon məktəbliləri, tələbələr, aktiv gənclər iştirak edib.

Tədbirdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Yurd GT-nin hazırladığı 20 yanvar faciəsindən bəhs edən video rolik nümayiş olunub.

Daha sonra “20 yanvar- faciə, yoxsa qürur anı?” mövzusunda çixişlar edilib.

20yan3Gənclər və İdman İdarəsini rəis müavini Mənsur Ağayev, Yurd GT-nin sədri Ramin Mahmudov, Azad Könüllülər Klubunun sədri Mehman Məmmədov, Yurd GT-nin fəalları Tural Nəsirov, Faiq Mirzəyev, Eldar Türksoy, Quba RTŞ-nin mütosidti Natavan Bağırova, 20 yanavr hadisələrinin şahidi, jurnalist, Quba Ağsaqqallar Şurasının sədr müavini Ərşad Əzimzadə geniş məlumatlarla gənclər qarşısında çıxış ediblər.

Növbəti tədbir Quba rayon Mərkəzləşdirilmiş Kİtabxana Sistemində baş tutub.

20yan2Açılış mərasimində çıxış edən MKS-nin direktoru Saməddin Nəsirov iştirak edən gəncləri 20 yanvar hadisələrinin baş vermə səbələri barədə geniş bilgiləndirib.

Daha sonra Yurd GT-nin fəalları – Nərmin Abdullayeva, Eldar Türksoy, Faiq Mirzəyev, Gülər Sadaylı, Tural Nəsirov tədbirlə bağlı öz fikir və mülahizələrini söyləyiblər.

Leave a comment